• $
  • €
  • ₽
  • ₺
  • £

"Oğlumun ölümündə günahkar özüməm" - Qəzada ölən tələbənin atası danışdı - VİDEO

"Oğlumun ölümündə günahkar özüməm" - Qəzada ölən tələbənin atası danışdı - VİDEO
25.10.2018 09:08
Göz lazımdır, gözümü, ürək lazımdır ürəyimi verirəm”

ARB TV-nin "Bu qədər” proqramında bu dəfə 2017–ci il 9 mart tarixində Bakı-Sumqayıt yolunda baş vermiş yol qəzasında faciəvi şəkildə ölən 6 tələbədən biri olan İbrahim Nəsibovdan bəhs edilib.

Xatirə İbrahimova – İbrahim Nəsibovun anası: "1996-cı il mayın 28-i anadan olub. Həmin gün qətl sınan günü idi. Quran açdılar ki, belə bir gündə doğulub, adı elə İbrahim olsun. Maşın istəyirdi. Deyirdi ki, vəsiqəm var maşın almırsınız. Yollarda qalmışam. Mən də deyirdim ki, qorxuram, təcrübən yoxdur. İndi fikirləşirəm ki, kaş ki, ona maşın alardıq. Bir də ona heyifislənirəm ki, kaş onu dərsə durğuzub yola salmazdım. Dedi ki, 5 dəqiqə yatım. Dedim ki, 5 dəqiqə də çoxdur, gecikə bilərsən. Bir də ona pis oluram ki, qız istəmişdi, nişanlasaydım o avtobusa minməzdi. Taksi ilə gedərdilər birlikdə. Mart ayı idi. Bibisiqızının toyundan 10 gün əvvəl "avar” rəqsini qoyub dedi ki, bunu öyrənib toyda sürpriz edəcəm. 8 mart günü qapı döyüldü. İçəri girib dedi ki, anam hanı? Dedim ki, nə yaxşı gəlmisən? Demişdin gəlməyəcəm. 2 gül gətirib bayramımı təbrik etdi. Qəza günü dedim ki, tez ol İbo, dərsə gecikmisən. Dedim 5 dəqiqə sənə elə belə gəlir. Qəza zamanı nömrəsinə zəng etdim zəng çatmadı. Mesaj yazdım ki, çatmısan? Pozdum sonra. Yenidən yazdım ki, "raf”a çatmısan? Dedim yəqin ki, metrodadır. Demişdim ki, taksi ilə get. Xəbəri eşidəndə xeyli pilləkəndən düşdüm. Sonra gördüm ki, üşüyürəm. Fikir verdim ki, ora qədər paltarsız getmişəm. Dedim həkimlərə deyin ki, anası gəlir, saxlasınlar. Göz lazımdır, gözümü, ürək lazımdır ürəyimi verirəm. Balamı saxlasınlar. Dedim ki, o mənə son sözünü deməmiş gedə bilməz. Sən demə heç İbrahim yox imiş onda”.

Xəqani Nəsibov – İbrahimin atası: "İbrahim haqqında danışmaq çox çətindir. Maşını verməyə qorxurdum. İbrahimin ölümündə günahkar 90 % özüməm. Kaş maşını ona verərdim. Qəza günü İbrahim gecikmişdi. Anası qəfil durub oyadıb. Metroda gedirmiş, uşaqlara deyib ki, Namiqə deyin ki, məni gözləsin. Avtobusa qaçıb çatıb. İbrahim tanış bir uşağa deyib ki, sən düş, mən gedim. İbrahim onu ölümdən xilas edib demək olar ki. Qaynım zəng etdi ki, hardasan, narahat olma, İbrahimi aparan avtobus qəzaya düşüb. 100% bildim ki, nəsə olub. Qəzada yaxın dostu var idi. Onun da adı İbrahim idi. Onu çox istəyirdi. İkisi də bir yerdə rəhmətə getdi”.
 
 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol