• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda narkotik istifadə edib, maşın sürdü - FOTO

Bakıda narkotik istifadə edib, maşın sürdü - FOTO
25.10.2018 13:40
Bakıda reyd zamanı avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb.

Bu barədə Anews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Binəqədi rayonunda ictimai asayişi pozan, piyadaların və digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücülər barəsində ölçü götürülməsi üçün vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər davam etdirilir.

Sonuncu belə tədbir zamanı rayonun 6-cı mikrorayon ərazisində saxlanılan "Niva” markalı avtomobilin sürücüsü Asiman Yusiflinin sənədləri yoxlanılan zaman onun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi məlum olub. Tədbir zamanı Biləcəri qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün saxlanılan "Ford” markalı avtomobilin sürücüsü Ziya Hüsniyev də saxlanılıb. Yoxlama zamanı onun nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub. Avtomobilə Binəqədi rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman siqaret qutusunda gizlədilən sürücüyə məxsus narkotik vasitə qurudulmuş marixuana da aşkar olunaraq maddi sübut kimi götürülüb. Sürücü Z.Hüsniyev ilkin sorğu zamanı sükan arxasına narkotik vasitə qəbul etdikdən sonra əyləşdiyini etiraf edib. Onun barəsində toplanan material qərar qəbul edilməsi üçün Binəqədi rayon Polis idarəsinə göndərilib.

Tədbir zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər də aşkar edilib. Belə ki, yol hərəkəti qaydalarını pozduğu üçün Binəqədi qəsəbəsində saxlanılan "Mersedes” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etdiyi məlum olub.
 



Bundan əlavə, tədbir zamanı avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Binəqədi, eləcə də paytaxtın digər rayonlarında analoji tədbirlər bundan sonra da davam etdiriləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol