• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta profil açanları həbs gözləyir – VİDEO

Saxta profil açanları həbs gözləyir – VİDEO
25.10.2018 19:00
Dövlət Təhlükəsizlik Xidməti sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

Bildirilir ki, qurumun adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Ekspertlərin sözlərinə görə, son zamanlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən dövlət qurumlarının səhifələrinin, profillərininin yaradılmısı kimi hallar artıb. Bəzən bu cür profillər, səhifələr xoş niyyətli olur. Həmin dövlət qurumu barədə normal, həqiqəti əks etdirən informasiyalar paylaşılır. Amma bəzən də əksinə.

ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Osman Gündüz – Ekspert: "Dövlət qurumlarının adından səhiflələr, profillər yaradılır, onların emblemləri, sloqanları, loqoları qoyulur. Onların adından açıqlamalar verilir. Sanki onların bir bəyanatı, press-relizi cəmiyyət üçün açıqlaması kimi verilir. Burda artıq cinayət tərkibi var”.

Bir müddət əvvəl Dövlət İmtahan Mərkəzi də belə bir halla üzləşmişdi. Müəyyən şəxslər sosial şəbəkədə mərkəzin loqotipindən istifadə etməklə açdıqları səhifələr vasitəsilə istifadəçiləri yalan məlumatlarla aldatmağa cəhd göstərmişdilər. Amma çox keçmədi ki, imtahan mərkəzinin rəsmiləri bundan xəbər tutdu və müvafiq tədbirlər görüldü.

Xanlar Xanlarzadə - DİM-in Sektor müdiri: "Həmin sosial şəbəkə istifadəçiləri dövlət imtahan mərkəzinin adından və loqotipindən istifadə edirlər. DİM-in press-relizlərindən istifadə etməklə, müəyyən məlumatlar paylaşırlar, daha sonra isə istifadəçilərin suallarını cavablandırırlar.

Azər Badamov – Millət vəkili: "Dövlət qurumları adından sosial şəbəkələrdə məlumat yayırlarsa, onların məqsədi var. Bu təxribat xarakterli məqsədlərdir. Və onların qarşısı ciddi şəkildə alınmalıdır”.

Hər hansı bir dövlət qurumuna məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər məsuliyyətə cəlb olunur.

Tahir Əlirzayev – Vəkil: "Cinayət məcəlləsinin 310-cu maddəsində vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi maddəsinə əsasən həmin cinayət əməlini törətmiş şəxsi 1500 manat cərimə, 3000 manata qədər 2 ilədək islah işləri və eyni zamanda 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

Hazırda sosial şəbəkələrdə bu cür saxta profil və səhifələrin aşkarlanıb, silinməsi çox rahatdır.

Osman Gündüz – Ekspert: "Bu yaxınlarda facebook ciddi təmizləmə işi apardı. Onların artıq robotları var, alqoritmləri var ki, hansı səhifə saxtadır. Bunlar müəyyən edə bilirlər və dərhal silə bilirlər”.

Mütəxəssislər bu cür saxta səhifə və profillə qarşılaşan şəxslərə öncə sosial media resurslarının özünün administrasiyasına müraciət etməyi məsləhət görür. Növbəti addımda isə hüquq mühafizə orqanlarına müraciət edilməlidir. Bunu etməklə sosial şəbəkədə saxta profil və səhifə açan şəxslərin saxta niyyətinin qarşısını almaq olar.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol