• $
  • €
  • ₽
  • ₺
  • £

“Mən tutulanda, o evləndi” — Sevgilisinə görə narkotikə qurşanan məhbus qadın – VİDEO

“Mən tutulanda, o evləndi” — Sevgilisinə görə narkotikə qurşanan məhbus qadın – VİDEO
29.10.2018 19:30
"Hər bir növündən istifadə etmişəm”

"Xəstəyəm, ömrümə nə qədər qalıb, bilmirəm”

Anews.az xəbər verir ki, ARB TV-nin "Rezonans” proqramının növbəti buraxılışında sərhəddən qanunsuz narkotik keçirən məhkum qadından bəhs edilib.

Kristina Dobramıslova – Məhkum (Cəzası – 7 il 6 ay): "1987-ci ildə Bakıda anadan olmuşam. Atamla, anam dənizdə işləyirdilər. Məktəbi 9-cu sinifdə bitirmişəm. Sumqayıtda bir müddət qaldıq. Arada Rusiyaya getdik, sonra yenidən Sumqayıta qayıtdım. Bir yerə işə düzəldim, mühit pis oldu. Bir insanı istədim, onunla bir yerdə başladım. O, canını qurtara bildi, yaxşı ailədən idi. Mən artıq müalicə olunmaq istəmirdim. Fikirləşirdim ki, onu vurub bir də durmayacam. Amma ölmürdüm. 18 yaşım var idi. Həyatı indiki kimi anlamamışam. Oğlan deyirdi ki, əsas mənəm, ailəm səninlə yaşamayacaq ki? Amma ayrıldıq, müalicəmi də edə bilmədim. Narkotikin hər bir növündən istifadə etmişəm. Acığa edirdim, fikirləşirdim ki, oğlan qayıdacaq və hər şey yaxşı olacaq.

Kakos narkotik növü var. Ondan 187 qram gətirmişəm. Çarəsizlikdən olub. Yaxınım yox idi ki, mənə kömək etsin. Yaxşı pul alacaqdım, ona görə risk etdim. İşləyib, qazanıb, ona xərcləyirdim. Elə oldu ki, tutdular. Burada hər dəqiqə çətindir. İstəyirəm ki, yeni həyata başlayım. Oğlana bir dəfə məcbur zəng etdim ki, anamdan məlumat versin. Xahiş etdim ki, anama zəng vurub desin ki, məni yığsın. Anam biraz xəstədir. Burada olanda eşitdim ki, evləndi oğlan. Biz birlikdə xoşbəxt ola bilmədik, amma istəyərəm ki, o olsun. Azadlıq mənə görə indi hərşeydir. Mən pis xəstəliyə düçar olmuşam, bilmirəm nə qədər ömrüm qalıb. Amma azadlıqda ölənə qədər yaxşı yaşaya bilərəm. Xəstəliyimə də səbəb narkotik olub. İynə əlimə batdı, xəstəlik tutdum”.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol