• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur "qanuni oğru"nun qardaşı Azərbaycana niyə gəlir? - VİDEO

Məşhur "qanuni oğru"nun qardaşı Azərbaycana niyə gəlir? - VİDEO
06.11.2018 13:32
Çeçen əsilli "qanuni oğru”, kriminal aləmdə "Şeyx Xəmzət” ləqəbi ilə tanınan Xəmzət Qastamirovun böyük qardaşı İdris Qastamirov Azərbaycana gələcək.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Qastamirovun səfəri 12-13 noyabr tarixlərinə təsadüf edəcək. Çeçenistanda sayılıb-seçilən şəxslərdən olan İdris Qastamirov səfər çərçivəsində Gəncə və Lənkəran şəhərlərində olacaq. Onun bir sıra mühüm görüşlər keçirəcəyi bildirilir.

Bu arada "Şeyx Xəmzət”in bir nömrəli düşməni olan "Lotu Quli” ləqəbli "qanuni oğru” Nadir Səlifovun Rusiyaya ekstradisiya ediləcəyi dəqiqləşib. Yayılan iddialara görə, Nadir Səlifov İstanbulda saxlanıldıqdan sonra ona dəstək verənlər geri çəkilib.

İdris Qastamirovun səfərinin "Lotu Quli”nin Rusiyaya ekstradisiya ediləcəyi vaxtla üst-üstə düşməsi də yəqin ki, təsadüf deyil. Səfərin "Şeyx Xəmzət”in nüfuz dairəsini genişləndirməyə hesablandığı da istisna deyil.

Qeyd edək ki, "Şeyx Xəmzət” 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur. O, Rövşən Canıyevin qətlində "Lotu Quli”nin əlinin olduğu iddia edərək Nadir Səlifovdan qisas alacağını bəyan edib.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol