• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkələrdəki tanışlıq nələrə səbəb olur? - VIDEO

Sosial şəbəkələrdəki tanışlıq nələrə səbəb olur? - VIDEO
07.11.2018 21:30
Çoxu relda başa düşülmədiyini hesab edib üz tutur virtuala. Üzünü görmədiyi, hətta bəzən adını belə düzgün bilmədiyi birinə sirlərini açır, dərdləşir. Ən maraqlısı isə, sadəcə, onun anlatdığı qədərini bildiyi halda, ona illərlə tanıdığı insanlardan daha çox güvənir. Hətta bəzən iş, ailə həyatı qurmağa qədər irəliləyir. Vədə yetişib bir-biri ilə görüşəndə isə görürlər ki, bəs bu, həna o hənadan deyil.

Anews.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı "virtual, yoxsa real münasibət" mövzusu ilə bağlı maraqlı süjet hazırlayıb.

Könül Cəfərova - Psixoloq: "Bizə dəfələrlə müraciət etmiş pasientlərdən də biz görürük ki, virtual aləmdə tamamilə başqa bir insan idi. Həmin insan real həyatda bir münasibətə başlayır, sonra realda üz-üzə gələndə virtual aləmdə tanıdığı obraz tamamilə darmadağın olur. Ola bilsin ki, yetərsiz, natamam ailədə böyüyüb, sevgisiz böyüyüb, özünü cəmiyyətdə, ailədə təsdiq edə bilməyib. Məhz elə insanlar daha çox virtual aləmə meyl göstərirlər".

Yaxınlarını uzaq, tanımadıqlarını yaxın hiss etdirən bu ələmin ən mənfi tərəflərindən biri də insanlarda özünəqapalılıq yaratmasıdır. Bütün gün yazışanların yadına nə qohum, qardaş düşür, nə də qonum-qonşu. İnternətlə dünyanın altını da, üstünü də öyrənəcəyini düşünənlərin heç öz ailələrində nə baş verdiyindən xəbəri olmur.

Əhməd Mansurov - Sosioloq: "Sağlamlıq imkanı məhdud olan insanlar üçün xeyirli olan resursdan insanlar özlərini məhdudlaşdıraraq istifadə edirlər, yazaraq özlərini ifadə etməyə çalışırlar. Bu da onları müəyyən komplekslərə salır ki, bununla da onlar real həyatda ünsiyyət yaratdıqda çətinlik çəkirlər. Yaxınları ilə, əzizləri ilə ünsiyyətdə problemlər yaradır. Elə insanlar öz həyatlarını ancaq virtuallıqda görürlər".

Könül Cəfərova  - Psixoloq: "Ən möhkəm və davamlı münasibət gerçəklər üzərində qururlan münasibətlər olur. Yaxşı olardı ki, biz sosial şəbəkələrdən istifadə qaydasını, ünsiyyət qaydasını beynimizdə təhlil edək ki, biz nə üçün bundan istifadə edirik".

İstər real olsun, istərsə də virtual, hər insan özünə bir qulaq yoldaşı axtarır, ən azından dərdini deyəndə dinləyəni olduğunu bilsin deyə. Amma bu, o demək deyil ki, hər önünə gələnə də dərd dağıtmalısan. Tanımadan dərdini bölüşdüyün insanlar sonradan sənə əlavə dərd də gətirə bilər. Dərdiniz azmış kimi bir də onun yaratdığı problemlərlə əlləşməmək üçün bütün hallarda diqqətli olun.
 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol