• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məktəblər qışa hazırdır? - VİDEO

Azərbaycanda məktəblər qışa hazırdır? - VİDEO
28.10.2014 09:46
Məktəblərdə qışda soyuqla mübarizə aparmağın yolu isə istilik sistemlərinin işlək vəziyyətdə olmasıdır. Bunu da təhsil ocaqlarının rəhbərlikləri göz önünə alaraq deyəsən indidən fəaliyyətə keçiblər.ANS TV-nin məlumatına görə, havalar soyumağa doğru getdikcə məktəblərdə sinif otaqlarını qızdırmaq üçün istiliyə təlabat yaranmaqdadır. Bunu da ödəmək üçün məktəb ərazisində quraşdırılan qazanxanalar fəaliyyət göstərir. Düzdür hələ qış rejiminə keçid başlamayıb. Amma buna sayılı günlər qaldığına görə hazırlıq prossesinin necə getdiyini öyrənmək üçün yollandıq paytaxdın bir neçə təhsil müəssisəsinə. İlk olaraq baş çəkdiyimiz təhsil ocağı Səbail rayonunda yerləşən 7 saylı orta məktəb oldu. Siniflərin bir neçəsinə baxış keçirdik və istilik sistemlərinin mövcudluğunu gördük. Onların hansı vəziyyətdə olduğunu və eyni zamanda qazanxananın qışa hazırlığını öyrənmək üçün həmin məkana nəzər saldıq.Qazanxanaya nəzarət edən işçi bildirdi ki, məktəb qışa tam hazırdır. Qazanxananın işində heç bir çatışmazlıq yoxdur.Daha sonra yollandıq Nərimanov rayonunda yerləşən 200 saylı orta məktəbə. Burada da sinif otaqlarına baxış keçirdik və məktəb rəhbərliyi bildirdi ki, sinif otaqlarının hamısında istilik sistemləri quraşdırılıb. Qışa hazırlıqla bağlı heç bir problem yoxdur. Amma məktəbin öz qazanxanası olmadığı üçün təhsil ocağının isidilməsini, ərazidə yerləşən 95 saylı qazanxana təmin edir. Ora daxil olmağa icazə verməsələr də, sahə rəisi şifahi olaraq bildirdi ki, onlar da qışa hazırdır və nə vaxt “Azəristilik”dən göstəriş olarsa, qazanxana işə düşəcək. Məsələ ilə bağlı “Azəristilik təhcizat” ASC ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, “Azəristilik təhcizat” ilə müqaviləsi olan məktəblər istiliklə təmin ediləcək.Xatırladaq ki, qış rejiminə keçidlə əlaqədar olaraq paytaxda bütün qazanxanalar noyabr ayının 15-dən işə düşəçək və aprel ayının 15 kimi davam fəaliyyət göstərəcək.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol