• $
  • €
  • ₽
  • ₺
  • £

“Utanıram, qarşısını ala bilmədim” - Oğluyla birgə cəza çəkməyini xahiş edən şöbə rəisi - VİDEO

“Utanıram, qarşısını ala bilmədim” - Oğluyla birgə cəza çəkməyini xahiş edən şöbə rəisi - VİDEO
12.11.2018 13:28
Anews.az bildirir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə saxta sənəd hazırlamaq üstündə həbs həyatı yaşayan keçmiş poçt rəisindən bəhs edilib.

Aslan Lətifov - Məhkum (Cəzası: 7 il): "1957-ci ildə Ağdaşda anadan olmuşam. Poçt idarəsində şöbə rəisi işləmişəm. Ata-bala məhkum olanda ailə üçün çətindir. Oğlum əfv olunandan sonra yenə tutuldu. Xahiş etmişik ki, oğlum da yanıma gəlsin. Mən inanınıram ki, ailəyə köməklik göstəriləcək. Prezidentə təşəkkürümü bildirirəm ki, müharibə dövründə məhkumlar üçün belə şərait yaradılıb. Saxta sənədə görə həbs olunmuşam. Çox peşmanam. Möhürlü sənədlər gəlmişdi. Saxta olduğunu sonradan bildim. 416 min yeyinti olmuşdu. Ortaqlarım da içəridədir".

Məhkum həbsdəki oğlundan başqa 2012-ci ildə faciəvi şəkildə ölən böyük oğlundan da danışıb:

"Böyük oğlum 2012-ci ildə rəhmətə gedib. Rusiyada uşaqlar dalaşanda bir azərbaycanlını rusiyalı bıçaqlayıb. Qışqırıb ki, Nizam, gəl kömək et. Bu gedəndə rusiyalı bıçağı düz ürəyinə vurub. Digər oğlumun həbsxanaya düşməsində özümü günahkar bilirəm ki, azadlıqda olsaydım, qarşısını alardım. Allah heç bir valideyni mənim düşdüyüm vəziyyətə düşürməsin. Həbsxanada şərait nə qədər yaxşı olsa da, o demək deyil ki, yaxşıyam. Hərdən qapını bağlayıb ağlayıb rahatlanıram. Efirdə kömək istəməyə utanıram. Bu günah mənim belimdədir".
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol