• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 1,3 milyard manat məhv edildi - VİDEO

Azərbaycanda 1,3 milyard manat məhv edildi - VİDEO
12.11.2018 15:53
2017-ci il ərzində ölkə iqtisadiyyatının nağd pula olan tələbatı tam həcmdə, tələb olunan strukturda və vaxtında ödənilib.

Anews.az "Report”a istinadla məlumat ki, Azərbaycan Mərkəzi Bankının 2017-ci il üçün illik hesabatına istinadən xəbər verir ki, hesabat ilində Mərkəzi Banka dövriyyədən 7,8 mlrd. manat və ya 376 mln. ədəd pul nişanı mədaxil olunub, 9 mlrd. manat və ya 452 mln. ədəd pul nişanı isə məxaric olunub.

Ümumilikdə, il ərzində tədavüldə pul kütləsi 1,2 mlrd. manat (17%) artaraq hesabat dövrünün sonuna 8 mlrd. manat təşkil edib. Ölkə iqtisadiyyatının nağd pula olan tələbatının vaxtında və tələb olunan strukturda ödənilməsi üçün Mərkəzi Bank tərəfindən 410,7 mln. manat həcmində kağız və metal pul nişanlarının istehsal olunaraq ölkəyə gətirilməsi təmin olunub. Tədavülə buraxıldığı 12 il müddətində iri nominallı pul nişanlarının (50 və 100 manat) xüsusi çəkisi davamlı olaraq artıb və 2017-cı ilin sonuna 90%-i ötüb.

"Beynəlxalq təcrübədə tədavüldə iri nominallı pul nişanlarının xüsusi çəkisi 75%-dən yuxarı olduqda mərkəzi banklar tərəfindən dövriyyəyə daha iri nominallı pul nişanlarının buraxılması nəzərdən keçirilir. Bununla əlaqədar hazırda Mərkəzi Bank tərəfindən bu istiqamətdə müvafiq qiymətləndirmələrin aparılmasına başlanılıb. Dövriyyədə olan milli pul nişanlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul olunmuş "Tədavüldə təmiz pul siyasəti” davam etdirilib”, - məlumatda vurğulanıb.

Hesabatda qeyd olunub ki, il ərzində Mərkəzi Bankda yaradılmış "Əhaliyə xidmət kassaları” vasitəsilə 7,7 mln. manat tədavülə yararsız pul nişanının dəyişdirilməsi və eləcə də tədavüldən qayıtmış pul nişanlarının emal edilməsi təmin edilib, tədavülə yararsız 1,4 mlrd. manat (92 mln. ədəd) həcmində pul nişanı dövriyyədən çıxarılıb:

"Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış məhvetmə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən 2017-ci il ərzində tədavüldən çıxarılmış yararsız pul nişanlarının məhv edilməsi prosesləri davam etdirilib və dövr ərzində 1,3 mlrd. manat həcmində yararsız pul nişanlarının məhv edilməsi təmin olunub”.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol