• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell-in baş direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Bakcell-in baş direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018 19:11
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti telekommunikasiya sahəsinin yerli və beynəlxalq səviyyədə inkişafına öz töhfəsini vermək məqsədilə dünyanın telekommunikasiya və innovasiya sahəsinə həsr olunan ən nüfuzlu tədbirlərində fəal iştirak edir. 


"Bakcell”in baş icraçı direktoru Nikolai Beckers dünyanın aparıcı telekommunikasiya şirkətlərinin rəhbərləri ilə birgə "Total Telecom Congress” beynəlxalq konfransında növbəti dəfə bu sahənin ən mötəbər liderlərindən ibarət məruzəçilər siyahısında yer alıb. Böyük Britaniyanın London şəhərində 30-31 oktyabr tarixlərində keçirilmiş tədbir telekommunikasiya sənayesində strategiyanın hazırlanması, innovasiyaların tətbiq edilməsi və əməkdaşlığın qurulmasına həsr edilib. 


Rəqəmsal transformasiyanın həyata keçirilməsi üçün tələb olunan korporativ strategiya və strukturun təkmilləşdirilməsi mövzusunda keçirilmiş panel müzakirəsində çıxış edən Nikolai Beckers, telekommunikasiya sahəsində baş rəqəmsal direktor vəzifəsinin rolunun artması, iş mühitinin proqram təminatı vasitəsilə təkmilləşdirilməsi, rəqəmsal investisiya strategiyaları, yeni əməliyyat modelləri, təcrübəli rəqəmsal xidmət təchizatçılarının məsləhətləri və daxili proseslərin avtomatlaşdırılması barədə danışıb. Paneldə həmçinin "Facebook”un sənaye lideri, texnologiya və telekommunikasiya üzrə direktoru Daniyel Auqsten, "Cable Wireless” şirkətinin transformasiya üzrə baş direktoru Kristian Rotter, "OTE Group” şirkətinin transformasiya və topdan satış direktoru Yannis Konstantinidis iştirak edib. 


Tədbir zamanı Bakcell şirkətinin baş icraçı direktoru "Total Telecom”un YouTube kanalı üçün geniş müsahibə verərək telekommunikasiya şirkətləri üçün rəqəmsal transformasiyanın faydası, müştəri təcrübəsi strategiyaları, təşkilati strukturunun dəyişdirilməsinin vacibliyi və Bakcell şirkətinin növbəti 12-24 ay üçün planları barədə danışıb. 


"Bu gün rəqəmsallaşma bütün telekommunikasiya sahəsinin ən vacib mövzularındandır. Fikrimcə, effektiv şəkildə həyata keçirilməsi üçün rəqəmsal transformasiya təşkilatın ayrı-ayrı departamentlərində tətbiq edilməlidir. İlk növbədə, rəqəmsallaşdırma telekommunikasiya şirkətinin əsas fəaliyyət növləri və şəbəkədə başlanılmalıdır. Həmçinin, müştərilərlə təmas zamanı da rəqəmsal alətlərdən istifadə olunmalıdır ki bu proses daha rahat və effektiv tərzdə həyata keçirilsin. Rəqəmsallaşma tələb edən digər sahə isə şirkətin mədəniyyətidir. Ənənəvi telekommunikasiya operatorları adətən olduqca bürokratik təşkilati struktura malikdir və bu cür strukturda şəbəkə və marketinq fəaliyyəti ilə paralel olaraq innovasiya və rəqəmsallaşmanın tətbiq edilməsi elə də asan deyil. Operatorlar öz əsas fəaliyyət növündə effektiv olmaqla yanaşı daha çevik olmalıdırlar. Rəqəmsallaşma müştərilərin tələb və ehtiyaclarının daha effektiv və operativ şəkildə qarşılanmasında faydalı olacaq. Həmçinin, rəqəmsallaşma yeni bir düşüncə tərzi və təşkilatda çalışan əməkdaşların müasir yanaşmasını tələb edir. Bu isə o deməkdir ki, insanlar daha sərbəst olmalı və qarşılarına konkret məqsədlər qoyulmalıdır”, deyə Nikolai Beckers bildirib. 


Müsahibənin tam versiyasını bu linkdən istifadə etməklə "Total Telecom”un YouTube kanalında izləmək olar: http://bit.ly/bakcell


Nikolai Bekers Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan əvvəl o, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Nikolay Beckersin iş təcrübəsi dünyanın ən rəqabətli telekommunikasiya bazarlarında mühüm biznes uğurlarının qazanılmasında strateji əhəmiyyət kəsb edən fəaliyyətləri və layihələri əhatə edib.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol