• $
  • €
  • ₽
  • ₺
  • £

Öldürülən məşhur “avtoş” "Cabir-012" kimdir? - VİDEO

Öldürülən məşhur “avtoş” "Cabir-012" kimdir? - VİDEO
19.11.2018 11:15
Bakıda öldürülən məşhur "avtoş”un fotoları yayılıb.

Noyabrın 17-si günorta saatlarında Xəzər rayonu, Şüvəlan qəsəbəsində güllələnən "avtoş” Cabirin fotoları yayılıb.

"Avtoş 012” ləqəbi ilə tanınan Cabir Babayev Bakıda müxtəlif VAZ markalı avtomobillərlə avtoxuliqanlıq etməklə tanınıb. Bir neçə il öncə o, paytaxt küçələrindən birində yolayrıcını Yol-Patrul Xidməti avtobilinin qarşısından maximum sürət həddi ilə keçdiyinə görə dillər əzbərinə çevrilmişdi. 

Belə ki, 10 YP 334 dövlət nömrə nişanlı YPX avtomobilinin qarşısından yüksək sürətlə keçən nəqliyyat vasitəsi 90 KG 012 dövlət nömrə nişanlı VAZ 21 07 markalı avtomobil Bakı kəndlərində «Cabir-012» ləqəbilə tanınan «avtoş» Cabirə məxsus olub.

Qeyd edək ki, Şüvəlan qəsəbə sakini 1992-ci il təvəllüdlü Babayev Cabir Yaşar oğlu Şərifov Vüqar Bəxtiyar oğlu tərəfindən güllələnərək öldürülüb. Məlumata görə, qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş”larından olub və "Cabir-012” adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman güllə Cabirə tuş gəlib.

Hadisədən sonra V.Şərifov polisə könüllü şəkildə təslim olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

A24.az
 

 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol