• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şadlıq sarayları bağlanacaq - VİDEO

Bu şadlıq sarayları bağlanacaq - VİDEO
19.11.2018 15:23
Paytaxtda şadlıq saraylarının çox oldugu küçələrdə axşam vaxtı rahat gəzmək olmur. Buna səbəb isə restoranlardan çıxan tüsyüyə görə, göz-gözü görmür, hətta nəfəs almaq belə çətinləşir.

Anews.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" proqramında maraqlı süjet yayımlanıb.

Sakin: "Boğulursan, restoranın yanından keçəndə bilmirsən hansı tərəfdən keçəsən".

Sakin: "Ekologiyaya ziyandır, insanların səhhətinə ziyandır".

Nüsrət Qasımov - Ekspert: "Burda karbon 4 oksid əvəzinə karbon monoksid əmələ gəlir. O da çox zəhərləyici maddədir. 1-ci növbədə qaz işlədiciləri tənzimləmək lazımdır".

Məhərrəmlik ayının başa çatmasından sonra şadlıq saraylarının fəaliyyəti yenidən genişlənib. Xüsusilə də paytaxtda fəaliyyət göstərən şadlıq sarayları, demək olar ki, hər gün doludur. Nəticədə axşam hava almaq üçün küçəyə çıxanlar təmiz hava əvəzinə zəhərli qazları qəbul edirlər.

Telman Zeynalov - Ekoloq: "Yaxşı da pul qazanırsan qazan da, camaata niyə əziyyət verirsən? Qoyarsan filteri, sourar, onunla da iş bitər".

Xatırladaq ki, ETSN 4-5 ay öncə paytaxtdakı şadlıq evlərinə havatəmizləyən qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq etmişdi. Lakin hələ də qaydalara əməl etməyib, tüstüləməyə davam edən restoranlar var. Çəkiliş etdiyimiz şadlıq saraylarının rəhbərləri isə müxtəlif bəhanələr göstərir.

ETSN 9 şadlıq sarayının fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırıb. Araşdırmalarsa davam edir. Görünür bu siyahı daha da genişlənəcək.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol