• $
  • €
  • ₽
  • ₺
  • £

İspanlar Abel Məhərrəmovun içib dava saldığı konfransdan reportaj hazırladı (VİDEO)

İspanlar Abel Məhərrəmovun içib dava saldığı konfransdan reportaj hazırladı (VİDEO)
29.05.2020 02:38
İspaniyanın RTVE telekanalı Madriddə türk əsilli azərbaycanlı iş adamı Əli Evsenin "Evsen Foundation” fondu tərəfindən təşkil edilən və BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun karyerasını bitirən beynəlxalq konfransdan reportaj hazırlayıb. Reportajın videoyazısı ötən gün "Evsen Foundation”un YouTube kanalında yerləşdirilib.


Bir neçə il əvvəl Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin milyardlarının "yuyulmasında” ittiham edilərək barəsində beynəlxalq axtarış elan olunan və İspaniyada həbs edilən, amma sonradan sərbəst buraxılan Əli Evsen "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” adlı beynəlxalq konfransı artıq üçüncü ildir təşkil edirdi.

Və noyabrın əvvəllərində keçirilən bu konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri arasında Milli Məclisin üzvü və rektor Abel Məhərrəmovun iştirakı ilə baş verən, hətta ispan polisinin müdaxiləsinə gətirib çıxaran qalmaqal barədə məlumatlar ötən həftə mətbuata sızdırılıb. Bunun ardınca Abel Məhərrəmov işdən çıxarılıb. Məlumatlara görə Abel Məhərrəmov bərk sərxoş halda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə sataşıb. Habelə onun Madridə gedərkən özü ilə çəlləklərlə dolu şərab apardığı da  bildirilir.

İspaniya telekanalının reportajının "Evsen Foundation”un reklam şərtləri əsasında hazırlandığı təxmin edilə bilər. Çünki reportajda Azərbaycan nümayəndə heyətinin üzvləri demək olar ki, gözə dəymir. Əksinə,  Əli Evsen və qudası Allahşükür Paşazadənin yanaşı oturduqları görünür. Reportajda iştirakçıların bəzilərinin açıqlamalarına yer verilir, amma konfrans barədə danışanlar arasında da Azərbaycan nümayəndə heyətinin üzvləri yoxdur. Bununla belə reportajın sonunda ötəri də olsa Abel Məhərrəmov gözə dəyir.

Əli Evsen təxminən 16 dəqiqəlik reportaj boyu tərcüməçisi vasitəsilə konfrans və onun dinlərarası dialoqun qurulmasında əhəmiyyəti barədə danışır.

Xatırladaq ki, mətbuata sızdırılan məlumatlara görə Abel Məhərrəmov həm də Əli Evsenlə dava edib, onu İspaniyada səfir işləyən oğluna qarşı "saymamazlıqda” günahlandırıb.(virtualaz.org)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol