• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış aktyorun məktəb direktorunu döyməsinin səbəbi bilindi - VİDEO

Tanınmış aktyorun məktəb direktorunu döyməsinin səbəbi bilindi - VİDEO
28.05.2020 21:21
Bir neçə ay əvvəl məktəb direktoru ilə aktyor arasında başlayan mübahisə sonda əlbəyəxa dava ilə başa çatıb. Hadisə ötən gün paytaxtın Nizami rayon məhkəməsinin qarşısında baş verib. İddialara görə, aktyor Rza Rzayev 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyüb. Ağır yaralı olan məktəb direktoru xəstəxanaya yerləşdirilib. Hadisəyə səbəb nədir? Əməkdaşlarımız bu məsələni hər iki tərəflə araşdırıb.

Məktəb direktoru ilə aktyor arasında mübahisə bir neçə ay əvvəl Rza Rzayevin bacısı 220 nömrəli məktəb-liseydə çalışan Zeynəb Rzayevanın vəzifə səlahiyyətlərinə dəyişiklik edilməsi ilə başlayıb. Bacısının işdən çıxarılmasına etiraz edən Rza Rzayev məsələni həll etmək üçün direktorla mübahisə edib.

Mübahisə o həddə çatıb ki, işə valideynlər də qarışıb. Valideynlər Zeynəb Rzayevanın aşağı sinif şagirdlərinə rəhbərlik etməsinin əleyhinə olublar. Buna görə də aktyor Rza Rzayev həmin valideynləri məhkəməyə verib. Ötən gün Nizami rayon məhkəməsində növbəti proses olub. Məhkəmə prosesindən sonra bir araya gələn tərəflər arasında yenidən mübahisə yaşanıb. İddialara görə, mübahisə zamanı Rza Rzayev orda olan hazırda 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevə hücum edib. Direktorun atası Elmi Mirzəliyev deyir ki, aktyor onun oğlunu məhkəmə binası qarşısında döyərək başına və bədəninə xəsarət yetirib.

Ağır yaralanan Tural Mirzəliyev şahidlər tərəfindən 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin qənaətbəxş olduğunu deyirlər.

Hadisəni törətməkdə şübhəli bilinən aktyor Rza Rzayev isə bildirdi ki, sözügedən məhkəmə çəkişməsinin Tural Mirzəliyevə heç bir aidiyyatı olmayıb. O, iddia edir ki, davanın səbəbi direktorun onun ünvanına təhqiramiz ifadələr işlətməsi olub. Rza Rzayev dava zamanı onun da xəsarət aldığını deyir.

Məsələyə təhsil naziri Ceyhun Bayramov da münasibət bildirib. Nazir müəllimə qarşı belə bir zorakılığın tətbiq olunmasını pisləyib.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, Orxan Mansurzadə qeyd edib ki, faktla bağlı Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsində təhqiqat araşdırması aparılıb, hər iki şəxsin ərizələri və izahatları alınıb. Həmçinin onların tibbi ekspertizadan keçirilmələri təmin olunub.

Təhqiqat zamanı faktla əlaqədar toplanmış materiallar sonrakı araşdırmaların aparılması və hadisəyə hüquqi qiymət verilməsi üçün istintaq orqanına göndərilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol