• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmənin Nardaran sakinlərinə ədalətsizliyi davam edir-Prezidentə videomüraciət

Məhkəmənin Nardaran sakinlərinə ədalətsizliyi davam edir-Prezidentə videomüraciət
22.11.2018 09:48

Bir qrup Nardaran sakini ilə "Azərbaycan” nəşriyyatı arasında məhkəmə çəkişməsi davam edir.


Xatırladaq ki, nəşriyyat rəhbərliyi tərəfindən Nardaran sakinlərinin torpaqlarının əllərindən alınması ilə bağlı məsələ haqda AFN-də və digər çoxsaylı media orqanlarında dəfələrlə yazılıb. (https://afn.az/bildiris/74564-nardaran-sakinlerinin-qanuni-mulklerine-kim-goz-dikib-.html)

Haqlarının pozulduğunu deyən Nardaran sakinləri növbəti dəfə mediaya üz tutaraq prezident İlham Əliyevə videomüraciət ediblər. Şikayətçilər bir daha xatırladırlar ki, bu mübahisənin yaranmasına səbəb keçmiş "Kommunist” nəşriyyatının balansında olan, sonra Jurnalistlər İttifaqının balansına keçirilən ərazidə yaradıcılıq binasının inşasıdır: "Yarımçıq qalmış həmin binanın 1999-cu ildə hazırkı prezident İlham Əliyev cənabları tərəfindən Nardaran pirinə hədiyyə edilməsi faktdır. Hazırda həmin əraziyə iddia qaldıra bilmədikləri üçün sakinlərin mülkiyyətinə göz dikən "Azərnəşriyyat” uydurma iddia tələbi ilə məhkəməyə müraciət edib. Bu tələbin araşdırılması ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baş verən ədalət böhranı Bakı Apellyasiya Məhkəməsinə qədər gedib çıxıb. Belə ki, tələb inzibati məhkəməyə aid olmadığı halda məhkəmə icraata qəbul etməklə aidiyyət prinsipini pozduğuna görə verdiyimiz şikayətə apellyasiya instansiyası tərəfindən verilən cavab da absurddur. Həmin instansiyadan bildirilib ki, belə qərarlardan şikayət vermək olmaz, baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumu bu məsələ ilə bağlı öz mövqeyini bildirərək vətəndaşların belə qərarlardan şikayət vermək hüququ olduğuna dair qərar qəbul etmişdir. Yaranmış bu ədalət böhranı bir daha sübut edir ki, iddia tələbi əvvəlcədən sifarişli olduğu üçün və bu uydurma iddia tələbilə bağlı sifarişi qəbul edən 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi nəyin bahasına olursa-olsun iddianı təmin edəcəyinə dair təminat verdiyi üçün hətta aydiyyət prinsipinə də qarşı çıxmışdır”. 

Sakinlərin proseslə bağlı ölkə prezidenti İlham Əliyevə ünvanladığı videomüraciətdə problem ətraflı əksini tapıb. 

Həmin videomüraciəti təqdim edirik:
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol