• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “qızları onlayn satışa çıxaran” fırıldaqçı peyda olub — VİDEO

Bakıda “qızları onlayn satışa çıxaran” fırıldaqçı peyda olub — VİDEO
26.11.2018 13:20
"Instagram”da qızların satışı ilə məşğul olan şəxs peyda olub. O, qızların yaşları və qiymətlərini qeyd edir, şəkillərini paylaşır, müəyyən məbləğ qarşılığında görüş təşkil edir. Cinsiyyəti bəlli olmayan həmin şəxs "Instagram” səhifəsindən çağırış edərək müxtəlif intim təkliflər edir, qızları satışa çıxarır. O, müxtəlif qiymətlərə həm görüntülü, həm də səsli intim danışıqları təklif edir. Satışa çıxardığı qızlar arasında azyaşlılar da var.

Anews.az xəbər verir ki, "Baku TV”nin əməkdaşı həmin şəxslə əlaqə yaratmağa çalışdı. 

""İnstagram”dan ona yazaraq xidmətlər haqqında məlumat aldı. Təkidlə nömrəsini əldə etməyə çalışsa da, o, nömrəsini verməkdən imtina etdi. 

Bank hesabına dediyi məbləği köçürdükdən sonra nömrəsini verəcəyini bildirdi. Həmin şəxs əməkdaşımızın ona verdiyi suallardan hiddətlənərək qeyri-etik sözlər işlətməkdən də çəkinmədi.

Məsələni daha dərindən araşdırmaq üçün onun dediyi məbləği bank hesabına köçürdük. 

Ödədiyimiz məbləğin qəbzini ona göndərdik. Həmin şəxs evə çatdıqdan sonra görüntülü danışacağını desə də, fikrindən daşınaraq əvəzində video atmağı təklif etdi.

Əməkdaşımız həmin fırıldaqçının əməllərini daha aydın üzə çıxartmaq üçün təkidlə nömrəsini istəyib görüntülü danışmağı tələb etdi. Əvəzində isə həmin şəxs kontakta keçdiyimiz "Instagram” hesabını əngəllədi. Yeni hesabla başqa müştəri olaraq müraciət etdik. Eyni mənzərə ilə qarşılaşdıq. Qeyd edək ki, pul göndərdiyimiz bank hesabı Abdulova Arzu Gülbala qızına məxsusdur.

Azyaşlı uşaqların da sosial şəbəkə istifadə etdiyini nəzərə alsaq, hüquq-mühafizə orqanlarının bununla bağlı ciddi tədbir görəcəklərini düşünürük”, - deyə "Baku TV”nin reportajında qeyd edilir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol