• $
  • €
  • ₽
  • ₺
  • £

Hava limanında sahibsiz qalan qutudan çıxanlar hamını təəccübləndirdi – Fotolar

Hava limanında sahibsiz qalan qutudan çıxanlar hamını təəccübləndirdi – Fotolar
03.12.2018 21:58
Hava limanında bir həftə boyunca sahibsiz qalan qutudan çıxanlar hamını şoka salıb.
Livanda Beyrut Rəfiq Hariri Beynəlxalq Hava limanında çalışanların diqqətini bir qutu çəkib. Yan tərəflərindən deşiklər olan qutunun Suriyaya aparıldığı bildirilir. Qutunun yüklənəcəyi təyyarənin nömrəsindən başqa üstündə heç bir məlumat olmayıb.

Qutu bir həftə hava limanında sahibsiz saxlanıldıqdan sonra onun açılmasına qərar verilib. Qutunun içindən çıxanları görəndə isə hamı təəccüblənib. Belə ki, 42 santimetr uzunluğundakı qutununun içindən üç dənə Sibir pələngi çıxıb.

Nəsillər kəsilməkdə olan heyvanlar siyahısına salınan Sibir pələnglərinin sayının 500 olduğu ehtimal edilir. Bir həftə qutuda susuz qalan bala pələnglərin hərəkət etmək üçün heç taqətləri olmayıb. Pəncələri qanayan pələnglərə infeksiya düşdüyü də müəyyən edilib. Sonradan məlum olub ki, pələnglər Ukraynadakı zooparkdan Suriyada bir nəfərə satılıb. Baytarlar tərəfindən pələnglərə tibbi yardım göstərildikdən sonra özlərinə gəliblər. (Moderator.az)


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol