• $
  • €
  • ₽
  • ₺
  • £

6 dəfə həbs olunan məhkum: Dedim ki, axtardığınız adam mənəm - VİDEO

6 dəfə həbs olunan məhkum: Dedim ki, axtardığınız adam mənəm - VİDEO
10.12.2018 16:56
"Tüfeyli həyat yaşayanlara qoşuldum"

ARB TV-nin "Rezonans" proqramı növbəti buraxılışında 6 dəfə həbs olunan məhkum Rüfiz Rüstəmovdan bəhs edib.

Rüfiz Rüstəmov – Məhkum: "2010-cu ildə evlənmişəm. Atam polis işçisi olub, anam da müəllim olub. Masallı rayonunda böyümüşəm. 9-cu sinifə kimi oxumuşam. Tüfeyli həyat yaşayanlara qoşuldum. Valideynlərim rayona aparandan sonra, Bakıya qaçdım. Bunları tapdım. 1-ci dəfə tutulanda 15 yaşım var idi. 2 nəfər evə girmişdi, mən də qapıda durmuşdum. Bizi bir yerdə tutdular. Birinci dəfə əfv olundum. Hakimin katibəsi mənə pul verdi ki, evə get. Mən də getmədim. Yenidən özümə dost tapdım və avaralıq etdim. 37 maşına ziyan vurduq. Qırmızı maşın var idi. Dedik ona da girək. Orda da polis var imiş. Maşına girəndə polis tutdu. Onda 6-7 ay yatdım. Valideynlərim də cəriməni ödədi".

Məhkum daha sonra növbəti dəfə Bakıya qaçıb, tutulmağından da danışıb:

"Məni apardılar rayona. Amma dayana bilmirdim. Yenə Bakıya qayıtmaq istədim. Məni vağzalda tutub dayımgilə gətirdilər. Bibimi aldadıb pul götürüb Bakıya qaçdım. 6-7 ay yaxşı dövr sürdüm. 2001-ci ildə yenə içəri girdim. 4 il yarım mənə iş verdilər. O vaxt qardaşım əsgərlikdən təzə gəlmişdi. Ondan pul götürüb yenə Bakıya qaçdım. Saxta sənədlə həbs olundum. 2-ci işimdə tutuldum. Maşının içində sahibi məni tutdu. Dedim ki, dayı, rayondan gəlmişəm yağış yağır, səhər gedərəm. O da məni buraxdı. İnsanlıq etdi, amma mən ona qarşı insanlıq etmədim. 1 saatdan sonra o maşından oğurluq etdim. Evdəkilərə söz vermişdim ki, bu iş bitdi. Amma altdan-altdan işimi görürdüm. Evə də girəndə kişi kimi girirdim ki, guya mən qazancdan gəlirəm. 2009-cu ildə buraxıldım, xoşbəxt adam idim ki, 2 il azad yaşadım. Evləndim, uşağım 3 aylıq olanda tutuldum. Artıq narkotikə başlamışdım. Əlimdə tutdular. Dedilər ki, bölmədə çəkərsən. Yenə əfv olundum. 2014-cü ildə 2 kilodan artıq heroinlə yenə tutuldum. Taksiylə gəldim, maşından düşdüm. Mən də heroini verməliydim başqasına. Gözlədim ki, adam gələ. Bir də gördüm ki, yaxınlaşdılar. Dedilər ki, özünü şübhəli aparırsan. Dedim ki, axtardığınız adam mənəm. Birinci dəfə tutulmurdum ki. Məhkəmə mənə 12 il iş verdi. Dedilər son sözün nədir? Dedim ki, heç nə, Allah balanı saxlasın".


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol