• $
  • €
  • ₽
  • ₺
  • £

Şagirdi ilə ailə quran jurnalist Əlibəylini özündən çıxardı: "Bu tipi kim gətirib bura?!" - VİDEO

Şagirdi ilə ailə quran jurnalist Əlibəylini özündən çıxardı: "Bu tipi kim gətirib bura?!" - VİDEO
11.12.2018 09:29
Xəbər verdiyimiz kimi, jurnalist Mirismayıl Xələflinin "Space" telekanalında yayımlanan "El bizim, sirr bizim" verilişindəki çıxışı qalmaqala səbəb olub. Onun 7-ci sinif şagirdi ilə evlənməsini etiraf etməsi günün müzakirə mövzusuna çevrilib.  

Sözügedən proqramın aparıcısı Elçin Əlibəyli jurnalistin etirafını eşitdikdən sonra əsəblərinə hakim ola bilməyib. 

O, qəzəbli halda studiyada əyləşən digər qonaqlara, xüsusilə də təhsil eskpertinə bunları deyib: 

"Mən burada sakit oturub qulaq asan cənablara baxıram. Siz niyə susursunuz və niyə danışmırsınız? Siz ziyalı olmaq iddiasındasınız. Nə vaxt səsiniz gələcək?! Gərək həmişə, hər verilişdə mən danışım ki, sonra desinlər ki, Elçin Əlibəyli qonaqları ilə kobud rəftar edir? Bu insana özgə nə deyəsən?!" 

Daha sonra jurnalist Mirismayıl Xələfli dediyi sözlərə bəraət qazandırmağa çalışıb: 

"17 yaşına çatandan sonra ilə qurmuşam. Qız qohumum idi. Bu, mənim şəxsi fikrimdir. Elçin müəllim, sizin ananız sovet dövründə oxuyub. İndi bugünkü dövrdə tamam fərqlidir. Cəmiyyətdə başqa cür proseslər gedir. Uşaq valideynin nəzarəti altında oxumalıdır, dərsə gedib-gəlməlidir. Uşağı ucqar kənddən göndərirlər Bakıya. Valideyn maraqlanmır. Niyə mənimlə razılaşmırsınız?"  

Jurnalisti "feodal tip" adlandıran Əlibəyli bunları əlavə edib: 

"Təhsil alanlar əxlaqsızdırlar? Biz nə vaxta kimi ki, bu neqativləri, eybəcərlikləri gizlədiriksə, onlar cəmiyyətdə xərçəng xəstəliyi kimi yayılır və cəmiyyətimizi xəstələndirir. Burada belə insanlara ictimai qınaq olmalıdır. Tamaşaçı görməlidir ki, bu insanların hərəkəti həqiqətən nəinki mədəniyyətə, nəinki ağıla, nəinki şüura, ümumiyyətlə, cəmiyyəyə ziyandır. Mən artıq özümü həqiqətən cilovlaya bilmirəm. Mən təsəvvür edə bilməzdim ki, mətbuatda olan insan bu cür təfəkkürdə olsun.Mən bunu ağlımın ucundan da keçirmirdim". 


BAKU.WS 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol