• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda retro maşına fantastik qiymət təklif edildi - VİDEO

Azərbaycanda retro maşına fantastik qiymət təklif edildi - VİDEO
14.12.2018 09:36
Ağstafa şəhərinin küçələrində şütüyən 63 illik avtomobil hər kəsin marağına səbəb olur.

Anews.az Xəzər TV-yə istinadən xəbər verir ki, Rusiya istehsalı olan "Pobeda Qaz M-20" Ağstafa sakini İsbəndiyar Mehdiyevə məxsusdur. O, nəqliyyat vasitəsinə 46 ildir qulluq edir. Avtomobilin sahibi deyir ki, maşının hər hansı detalı dəyişməyib. Sürücü ilə birlikdə 5 nəfər sərnişin tutumuna malik olan avtomobil yüz kilometrə 9 litr yanacaq sərf edir. Ötürücü qutusu arxa ilə birlikdə 4 pilləlidir və saatda 140 km. sürətlə gedir. Sahibi bu maşınla bir neçə dəfə xarici ölkələrə gedib-gəldiyini deyir.

Avtomobilinin sükanını özündən başqa heç kimə verməyən İsbəndiyar Mehdiyev deyir ki, bu maşına 50 min manat pul və bir neçə xarici ölkə istehsalı olan avtomobil də təklif edilib. Amma onu satmaq fikrində deyil.

Nəqliyyat vasitəsinə filmlərdə köhnə səhnələr çəkmək və toy şənliklərində istifadə etmək üçün təkliflər gəlir. Şəhərdə isə avtomobillə şəkil çəkdirənlər də çox olur.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol