• $
  • €
  • ₽
  • ₺
  • £

Su alarkən ehtiyyatlı olun - VİDEO

Su alarkən ehtiyyatlı olun - VİDEO
07.01.2019 20:30
Marketlərdən belə plastik qablarda aldığımız sular barədə bəzən heç də xoş olmayan fikirlər səsləndirilir. Hətta iddialara görə, bəzi işbazlar adi krant suyunu plastik qablara dolduraraq satır.

ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Eyyub Hüseynov - Aib-in Sədri: "Bazarda olan təmizlənmiş su adı altında satılan, evlərə gətirilən suların çox böyük əksər hissəsi heç də təmiz su deyil. Birbaşa krantdan yığılma sudur”.

Ölkəmizdə hazırda 5, 10, 20 litrlik qablarda sular satılır. Belə qabların üzərində isə suların regionlarda doldurulması ilə bağlı məlumat olur. Guya bu sular Şahdağdan, Gədəbəydən və Lerikdən gətirilib.

Eyyub Hüseynov - Aib-in Sədri: "Bu sahədə mükəmməl ekspertiza da yoxdur. Suyu yaxşı analiz etmək üçün onun minimum 30 parametri araşdırılmalıdır. Bunu isə heç kim araşdırmır”.

Sakin: "Alırdıq amma peşmanıq almağmıza. Krant suyunu doldurub satırlar”.

Ekspertlərin sözlərinə görə, əsl bulaq suyu bulağın mənbəyində qablaşdırılmalıdır. Amma suyu paytaxtın mərkəzində, binanın padvalında qablaşdıranlara da rast gəldik. Adını da qoyurlar bulaq suyu.

İsa Əliyev - Ekspert: "Restoranlara sırf ucuzdur deyə satırlar və bunlar təəsüflər olsun insan səhhəti üçün çox böyük təhlükədir. Yaxşı olardı ki ümumiyətlə suları alanda həm suyun hansı firmadan olduğuna, həm də bu suyun qablaşdırılmasına diqqət olunsun”.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Agentlikdən şifahi olaraq bildirildi ki, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda yoxlamalar aparılır. Əgər vətəndaşların qablaşdırılmlş suların tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər. Məlumat verildikdən dərhal sonra şikayətlər Agentliyin əməkdaşları tərəfindən araşdırılacaq və qanunvericiliyin tələblərinə uyğun addımlar atılacaq.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol