• $
  • €
  • ₽
  • ₺
  • £

"Keçən il məni burada maşın vurdu" – Övladını məktəbə yola salan valideynlərin qorxu hissi – VİDEO

"Keçən il məni burada maşın vurdu" – Övladını məktəbə yola salan valideynlərin qorxu hissi – VİDEO
10.01.2019 19:00
Valideyn övladını məktəbə göndərkən fikri də onun yanında qalır. Yolu necə keçdi? Rahat çatdımı? Bu və digər formada narahatlıq yaşayır. Bu səbədəndir ki, məcbur qalıb maşınla özü aparır və nəticədə günün pik saatlarında məktəbyanı ərazilərdə aləm bir-birinə qarışır.

ARB TV xəbər verir ki, hər zaman aktual qalan məsələ həllini tapacaq. Çünki ölkə başçısının imzaladığı 2009-2023-cü il dövlət proqramında problem diqqətdə saxlanılıb.

Valideyn: "Harada saxlayıb düşürüm? Maşını ən azı 300-350 metr yuxarıda saxlamışam. İndi hava xoşdur gedirik, amma yağış yağanda, su, palçıq olanda, oradan düşüb gələnə kimi ayaqqabılar su içində olur”.

Yol kənarında yerləşən məktəblərdə hər gün demək olar ki, eyni vəziyyətin şahidi oluruq. Tıxac. Yolu təyin edilməyən yerdən keçən kim, maşınla yolu kəsən kim. Təbii ki, səbəblər var.

Valideyn: "Aşağıda dayanacaq var, orada bizə yer ayrılmalıdır. Heç olmasa oradan düşüb parkın içərisi ilə uşağımızı məktəbə gətirək”.

Azər Allahverənov – nəqliyyat eksperti: "Məktəbətrafı səkilər çox dar olur. Həmin səkilərlə hərəkət edən uşaqlar əksər hallarda səki ilə belə hərəkət etmirlər, yola çıxırlar. Bu zaman onunla paralel hərəkətdə olan avtomobil əgər saatda 60 km/saat sürətlə gedirsə bu uşaq üçün potensial təhlükəlidir. Ümumiyyətlə məktəbətrafı yollarda sürət həddi yenidən nəzərdən keçirilməlidir”.

Şagird: "Keçən il məni burada maşın vurdu. Sürətlə gəlirdi”.


Çox ərazilərdə yol hərəkəti qaydaları düzgün tənzimlənmir. Valideynlər özləri də günahkardır.

Valideyn: "Uşaqların təhlükəsizliyi üçün yaxşı yer deyil, məcbur hamı burada saxlayır”.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, növbəti 5 il ərzində bu problem həllini tapmalıdır. Bunun üçün müvafiq orqanlara təkliflər planının hazırlanması tapışırığı verilib. Ekspertlər deyir ki, həmin təkliflər planında beynəlxalq təcrübənin də yer alması yaxşı olar.

Azər Allahverənov – nəqliyyat eksperti: "Müvafiq qaydada nişanlanmanın aparılması, müxtəlif müşahidə kameraları vasitəsi ilə müşahidələrin aparılması, ümumiyyətlə səyyar qaydada hərəkət edən yol patrul xidmətinin əməkdaşlarının bu məsələdə nəzarətinin daha təkmil şəkildə qurulması hayata keçiriləcək tədbirlər planının tərkib hissəsində olmalıdır. Beynəlxalq praktikada xüsusi diqqət təhsil müəssisələrinin təcrid olunan ərazilərdə yerləşdirilməsinə yönəlir. Təbii ki, əgər şəhər infrastukturu buna imkan verirsə”.

Azərbaycanda tədris ocaqlarının nəqliyyat sıxlığının aradan qaldırılması üçün hazırlanacaq tədbir planında nələrin yer alacağını isə yaxın zamanlarda görmək mümkün olacaq.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol