• $
  • €
  • ₽
  • ₺
  • £

"Azercell"-in uğurlu fəaliyyəti diqqət mərkəzindədir

"Azercell"-in uğurlu fəaliyyəti diqqət mərkəzindədir
11.01.2019 16:21
Azercell "İnsanların Seçimi üzrə Stevie Mükafatı” ilə telekommunikasiya  sahəsi üzrə "İlin Ən Sevilən Şirkəti” adına layiq görülüb. 
 
Azərbaycanın mobil rabitə bazarının lider mobil operatoru "Azercell Telekom” MMC nailiyyətləri sırasına "İnsanların Seçimi üzrə Stevie Mükafatı”-nı əlavə edərək, telekommunikasiya  sahəsi üzrə " İlin Ən Sevilən Şirkəti” adını qazanıb. Məlumat üçün bildirək ki, məhz bu nominasiya çərçivəsində şirkətlər beynəlxalq səviyyədə aparılan açıq səsvermə yolu ilə dəyərləndirilib. Ümumilikdə, sorğuda 22 mindən çox insan iştirak edib. Qaliblər 74 xalqı təmsil edən şirkət və fərdlər tərəfindən irəli sürülmüş 3900-dən artıq namizəd arasından seçilib. 2018-ci ildə ölkəmizdə mobil rabitənin keyfiyyətinin yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin sürətli internetə çıxışının təmin olunması, müasir xidmətlərin, eləcə də yeni biznes həllərinin tətbiq edilməsi, abunəçi xidmətlərinin modernləşdirilməsi,  həmçinin mobil texnologiyalar vasitəsilə həyatın asanlaşdırılması istiqamətində keçirilən layihə və bir sıra digər təşəbbüslər  Azercell şirkətinin  bu mükafatı qazanmasına  əsas verib. 
 
Məlumat üçün bildirək ki, "Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən qurumların fəaliyyətinin beynəlxalq səviyyədə qiymətləndirilməsidir. 
 
Qeyd edək ki, Azercell Telekom 2018-ci ildə, həmçinin "İlin Telekommunikasiya Şirkəti” və "İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc "Stevie” mükafatına layiq görülüb. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxunub
Cəmiyyət 16:51
"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxunub
İstehlakçılara qaytarılan vəsait 315 min manata çatıb
Cəmiyyət 16:45
İstehlakçılara qaytarılan vəsait 315 min manata çatıb
Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb
Cəmiyyət 16:23
Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol