• $
  • €
  • ₽
  • ₺
  • £

"Səhər qalxıb ki, evdə fısıltı eşidilir" - Göygöldəki partlayışdan zərərçəkənlər - VİDEO

"Səhər qalxıb ki, evdə fısıltı eşidilir" - Göygöldəki partlayışdan zərərçəkənlər - VİDEO
14.01.2019 13:45
Göygölün Qırıqlı kəndində baş verən partlayış 76 yaşlı Zemfira Məmmədovanın yanıq xəsarətləri alması ilə nəticələnib.

Anews.az ARB TV-yə istinadən xəbər verir ki, nəvəsi ilə yaşayan ev sahibi səhər saat 5 radələrində mətbəxdə qaz qoxusu hiss edib və qaz plitəsinə yaxınlaşarkən qəfildən partlayış olub. Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan qadın dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Partlayış zamanı evin mətbəxinə ciddi ziyan dəyib.

Hadisə yerinə rayon hüquq mühafizə orqanlarının əməkdaşları, qaz istismar idarəsinin nümayəndələri gəlib.

Sabir Məmmədli - zərərçəkənin nəvəsi: "Səhər yatırdım, 4-ə qalmış partlayış baş verdi. Saat 5-ə işləmiş əmimgilə zəng vurdum ki, evdə partlayış baş verib, gəlsinlər kömək etsinlər".

Rövşən Məmmədov - zərərçəkənin oğlu: "Yaşlı qadındı, səhər qalxıb ki, evdə fısıltı eşidilir. Əlini qaz piltəsinə vuranda partlayış baş verib. Əli, üzü yanıb, vəziyyəti yaxşıdı. Özünü tanıyır, yeriyir".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol