• $
  • €
  • ₽
  • ₺
  • £

İstehsal tarixi sabaha olan məhsul bu gün satışa çıxıb - Texniki səhv, yoxsa yararsız qida? – VİDEO

İstehsal tarixi sabaha olan məhsul bu gün satışa çıxıb - Texniki səhv, yoxsa yararsız qida? – VİDEO
15.01.2019 20:00
Marketdən kəsmik alan şəhər sakini gözlərinə inanmayıb. Məhsulun üzərində istehsal tarixi 13/01/2019-cu il göstərilib. Halbuki müştəri marketə 12/01/2019-cu il tarixində gedib. Belə çıxır ki, sabah istehsal olunacaq kəsmik, 1 gün əvvəldən marketlərdə satışa çıxarılıb.

ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. 

İsa Əliyev - Qida Mühəndisi: "Həmin firma sırf son istifadə tarixindən bir neçə gün qabağa düşmək üçün müştəriləri aldadaraq, istehlakçını aldadaraq, istehal edilmiş gündən bir neçə gün sonraya yazmış ola bilər”.

Məsələ ilə bağlı sözü gedən kəsmiyin satıldığı paytaxtın zabrat qəsəbəsindəki marketə getdik. Çəkiliş etməyimizə mane olan marketin administratoru buna görə, məsuliyətin onlarda yox, kəsmiyin istehsal edən şirkətdə olduğunu bildirdi.

İsa Əliyev - Qida Mühəndisi: "Bunu isə 1-ci növbədə marketlər yoxlamalıdır. Necə ki, son istifadə tarixinə baxır. Eyni zamanda istehsal tarixinə də baxmalıdır. Bu necə ola bilər ki, məhsul marketə satışa bu gün çıxıb, amma istehsal tarixi sabaha yazılıb”.

Kəsmiyin istehsal edildiyi müəssisənin rəhbərliyi ilə görüşə bilməsək də, telefonla əlaqə saxladıq. Bildirildi ki, burada texniki səhv olub. Bir qutuda 36 ədəd kəsmik olur ki, onlardan da 13 ədədində tarix səhv düşüb. Buna görə, cavabdeh olan şəxs isə işdən çıxarılıb.

Ekspertlər isə istənilən halda hər kəsi xüsusən qida məhsulları alarkən, daha diqqətli olmağa çağırır. Bəs biz diqqətli oluruqmu?

Sakin: "İstehsal tarixinə baxanda baxıram, ya baxmıram. Köhnədisə qalıb onların insafına”.

Sakin: "Olub ki, vaxtı keçib. Etirazımı bildirmişəm ki, belə olmaz”.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, sözügedən məsələ ilə bağlı onlara da müraciət edilib. Həmin məsələ araşdırılması üçün Agentliyin müvafiq şöbələrinə yönləndirilib. Artıq bununla bağlı araşdırmalara başlanılıb. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol