• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda təkəri partladığına görə dayanan sürücü cərimələndi – Foto

Bakıda təkəri partladığına görə dayanan sürücü cərimələndi – Foto
15.01.2019 20:42
Bakı Nəqliyyat Agentliyi paytaxtda dayanma və durma, parklanma qaydalarının pozulmasına görə cərimə yazmağa başlayandan sonra bəzi şikayətlər yaranıb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, vətəndaş Anar Qədirov bildirib ki, idarə etdiyi maşının təkəri partladığı üçün məcburi dayansa da, BNA ona cərimə yazıb:
"Deməli, təkər cırıldı, partladı, ürəyin dayandı, özünü yaxşı hiss etmədin – maşını saxlama. Təkər yanana kimi, ya da ölənə kimi sür. Yoxsa, BNA-nın kameraları sizi cərimələyə bilər”.
Agentlik isə cavab olaraq bildirib ki, "Yol hərəkəti haqqında” qanunun 55-ci maddəsinin 2-ci hissəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçilarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır:
"Bu halda sürücü barədə hər hansi inzibati cərimə protokolu tərtib olunmur. Bu kimi hallarda sürücülər Bakı Nəqliyyat Agentliyinə fərdi qaydada və ya [email protected] elektron ünvanına da müraciət edə bilərlər. Məsələ araşdırıla və bu barədə müvafiq qərarlar qəbul edilə bilər”.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol