• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyxin Çexiyadakı sərvəti ilə bağlı sənədlər yayıldı - FOTOLAR

Şeyxin Çexiyadakı sərvəti ilə bağlı sənədlər yayıldı - FOTOLAR
21.01.2019 18:13
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin Çexiyada biznesinin olduğuna dair sənədlər yayılıb.



Yenicag.az xəbər verir ki, araşdırmaçı-jurnalist Cavanşir Həsənli bu dəfə Hacı Allahşükür Paşazadənin biznes fəaliyyətinə dair material yayımlayıb.
Jurnalistin yazdığına görə, Şeyxin Çexiyadakı biznesini idarə edən onu həmin ölkədə müalicə edən həkim-diabetoloq Marketa Şpişakovadır:
"Şeyxin Çexiyada 32 milyon 766 min kronluq sərvəti varmış. TƏXMİNƏN 1.5 MİLYON DOLLAR…Həm də bu sərvət təkcə bir şirkətə yatırılanıdır.
Allahşükür Paşazadəyə məxsus "Aynur KV” şirkətinin 2013 və 2014-cü illərdə Çexiya Ədliyyə Nazirliyinin reyestr xidmətinə təqdim etdiyi illik maliyyə sənədlərində bu fakt öz əksini tapıb.
Əsasən, daşınmaz əmlak alqı-satqısı və icarəsi ilə məşğul olmuş şirkəti məlumunuz olduğu kimi, 1980-ci il təvəllüdlü Çexiya vətəndaşı Marketa Şpişakova idarə edib. Marketa Şpişakova ixtisasca həkim diabetoloqdur və şəkərli diabetdən əziyyət çəkən Şeyxi müalicə edir.
O, Bohemia – lázně Kriváň – Slovan sanatoriyasında, eləcə də atasının da həmtəsisçilərindən olduğu Karlovı Varı Balneoloji institutunda çalışır. Şeyx cənabları ildə bir neçə dəfə bu sanatoriyada müalicə alır. Məlumat üçün bildirim ki, 4 ulduzlu sanatoriyada lüks nömrədə qalmaqla ümumi müalicə bir nəfər üçün günlük 450-500 avro təşkil edir”.
Jurnalist qeyd edib ki, bu barədə məlumatlar mediaya sızdıqdan sonra adıçəkilən şirkətin təsisçiləri dəyişdirilib:
"Aynur KV” şirkətinə gəlincə, o ötən ilin mayından "MP International s.r.o.” adı altında fəaliyyətini davam etdirir. Şirkətlə bağlı sənədlər mətbuatda açıqlanandan sonra Allahşükür Paşazadə və deputat qardaşı Cavanşir Paşazadə şirkəti Şeyxülislamın oğlu Məhəmməd Paşazadənin adına rəsmiləşdiriblər”.














www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol