• $
  • €
  • ₽
  • ₺
  • £

Zərəri saymaqla bitməyən politelin sellofanlar - VİDEO

Zərəri saymaqla bitməyən politelin sellofanlar - VİDEO
23.01.2019 21:00
"Həm təbiətə, həm bizə ziyandır”

ARB TV xəbər verir ki, XXI əsrdə politelin sellofan daşıma və qablaşdırma vasitəsi kimi bütün dünyada, eləcə də Azərbaycanda inqilab yaratdı.

Hazırda demək olar ki, mağazalarda gördüyümüz məhsulların böyük əksəriyyətinin qablaşdırılması da politelin sellofanlarla həyata keçirilir.

Araşdırmalar göstərir ki, politelin məhsullar illər ərzində həll olunmur və torpağa qarışmır. Eləcə də suda xarab olmayan belə qablar, torbalar milyonlarla su canlılarının da məhvinə səbəb olur.

Politelin haqqında məlumatlı olan insanlar əvvəllər olduğu kimi təbii xammalla hazırlanan vasitələrdən istifadənin tərəfdarıdırlar.

Sakin: "Həm təbiətə, həm bizə ziyandır”.

Sakin: "Zərərlidir, ətrafı da çirkləndirir”.

Sakin: "Əvvəllər kağız torbalar olurdu”.

Sakin: "Bunlar xəstəlikdir”.

Ölkədə mağzalarda sellofan torbalardan istifadəyə hər hansı məhdudiyyət yoxdur. Nəticədə bu israfçılığa, israf isə tonlarla zərərli maddənin tullantıya çevrilməsinə gətirib çıxarır. Dünyanın bir çox ölkələrində problem üzərində "baş sındıran” mütəxəssislər vəziyyətdən çıxış yolunu da tapıblar.

Eyyub Hüseynov – Ekspert: "MDB məkanında bu məsələ ardıcıl həll olunur. Beləki, burada sellofan paketlər tam şəffafdır, nazikdir və pulla satılır. Biz də təklif etmişik ki, paketlər pulla satılsın ki, əhali getdikcə ondan imtina etsin. Düşünürəm ki, sellofan paketlərin Azərbaycandan yığışdırlması həm ictimai səviyyədə, həm də biznes qurumları tərəfindən həll olunmalıdır”.

Bir çox inkişaf etmiş ölkələrdə isə bio tərkibli torbalardan istifadə olunur. Belə məhsullar politelindən fərqli olaraq 24 ay ərzində torpağa qarışaraq həll olur.

Yeri gəlmişkən, 2019-cu ilin 1 aprel tarixindən etibarən Gürcüstanda istənilən növ plastik torbanın istehsalı, idxalı və satışı təmamilə qadağan ediləcək. Yalnız bio tərkibli çantalara icazə veriləcək. Qaydaları pozanlar 50 lari, (təqribən 200 dollar) cərimə ediləcək. Təkrarlanan pozuntular 1000 lari ilə qiymətləndiriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol