• $
  • €
  • ₽
  • ₺
  • £

DİQQƏT! Bu yoqurtlar təhlükəlidir - VİDEO

DİQQƏT! Bu yoqurtlar təhlükəlidir - VİDEO
25.01.2019 20:30
"Kiflənməyən yoqurtlar təhlükəlidir”

Anews.az ARB TV-yə istinadən xəbər verir ki, uşaqların sevərək yediyi yoqurt yüksək risq qrupuna aid məhsullardandır. Lazımi şəraitdə saxlanılarsa və normal istehlak olunarsa, problem yaratmaz. Məsələ də burada düyünlənir. Üzərində bir neçə ay, hətta bir il saxlama müddəti göstərilir. Bəs, tərkibi şəkərlə zəngin olan yoqurtu əslində bu qədər müddət saxlamaq doğrudurmu?

Eyyub Hüseynov – Azad İstehlakçılar Birliyinin Sədri: "Əgər yoqurtlarda meyvələrdən istifadə olunubsa onların yararlılıq müddəti daha aşağı olur. Lakin uzun müddət saxlanılan, kiflənməyən yoqurtlar təhlükəlidir”.

Azad İstehlakçılar Birliyinin sədri deyir ki, əksər valideynlər bu məlumatdan xəbərsizdir.

Valideyn: "Hərdən baxıram”.

Valideyn: "Yox, baxmıram”.

Valideyn: "Ən çox tarixinə baxıram”.
Ən azından mağazalardan yoqurt alarkən onların saxlanma şəraitinə və etiket məlumatlarına xüsusi diqqət yetirmək vacib hesab olunur.

Aysel Cəlilova – AQTİ-nin Deportament Direktoru: "İstehlakçılarımıza tövsiyəmiz ondan ibarətdir ki, yoqurtu alanda ağzını açdıqdan sonra dərhal istehlak etsinlər. Həmçinin alıb evə gətirən zaman soyuducuya qoysunlar, kənarda saxlamasınlar”.

Mütəxəssislər bu narahatlığa görə yoqurtdan imtina edin demirlər. Ev şəraitində də sağlam qida hazırlamaq mümkündür deyən ekspertlər bunu şübhələrdən qurtulmaq üçün ən rahat yol hesab edirlər.

Kulinarlar ev şəraitində yoqurt hazırlayarkən mütləq bir məqama diqqət yetirməyin vacibliyini vurğulayırlar. Yalnız və yalnız yerli və mövsüm meyvələrində istifadə etmək lazımdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol