• $
  • €
  • ₽
  • ₺
  • £

Çayxanaya gedənlərə bəd xəbər! - VİDEO

Çayxanaya gedənlərə bəd xəbər! - VİDEO
29.01.2019 16:51
Bir çoxumuz boş vaxtlarımızda kafelərə, çayxanalara üz tuturuq. Dostlarımızla dərdləşmək üçün, çay içmək üçün. Bəs çay içdiyimiz bu stəkanlar necə yuyulur? Ümumiyyətlə bu tip obyektlərdə sanitar gigiyenik normalara necə əməl olunmalıdı?

ARB TV-nin "Günə doğru” proqramının əməkdaşları mövzu ilə bağlı reportaj hazırlayıb.

Fəsildən asılı olmayaraq çox insanın üz tutduğu məkanların başında çayxanalar, kafelər durur. Həm paytaxtda, həm də bölgələrdə belə məkanlar demək olar ki, heç vaxt müştəri sarıdan korluq çəkmir. Amma bəzi çayxanalar təmizlik baxımından korluq çəkdikləri ilk baxışdan hiss olunur. Natəmiz stəkanlar, sınıq-sökük çayniklər, illərdir dəyişilməyən köhnə masalar. Xidmət sektorunda standartların yüksəlməsi, müştəri məmnuniyyəti və gigyenik normalar sanki bu cür məkanlara tanış deyil.

Sakin: "Çirkabdır”.

Sakin: "Ucuz yerlərdə natəmizlik var. Adətən bahalı yerlər daha təmizdir”.

Sakin: "Gigiyena olmalıdır. Bu önəmlidir”.

Bu tip məkanlarda stəkan və nəlbəkilərin gur su altında yuyulması üçün böyük vannalar olmalıdır. İstifadə edilən stəkan və nəlbəkilər yuyucu vasitə ilə qarışdırılmış suda saxlanılmalı, ilıq su ilə yuyulduqdan sonra təkrar istifadə edilə bilər.

Elmar Göyüşov – çayçı: "Çay dəsgahını aparırıq, müştəri qalxıb gedəndən sonra gətirib yuycu vasitə ilə yuyub suya çəkib yerinə yığırıq.

Şamil Hacıyev – Kafe Administratoru: "Məsuliyyətli işdir. İşi bilə n üçün çətin deyil. Sadəcə təmizliyə diqqət etmək lazımdır”.

Düzgün şəkildə yuyulmayan bu cür vasitələrdən isə insanlar saysız hesabsız virus yoluxa bilər.

Ehtibar Kərimov – Həkim: "Yuxarı tənəffüs yollarının infeksiyası, göbələk və ağızdan yoluxan hepatit A xəstəliyinə yoluxa bilərlər”.

Çox zaman vətəndaşların özünün də bu cür hallara laqeyd yanaşması problemin həllinə maneə törədən amillərdəndir.

Ehtibar Kərimov – Həkim: "İnsanlar özləri də çay içdikləri çayxanalarda əgər görürlər ki, natəmizlik var çəkinməsinlər sadəcə demək lazımdır ki, bu stəkanları yuyuyn, arada xlorlayın ki, insanlar kütləvi sürətdə infeksiya yoluxmasınlar”.

Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, əhalinin sağlamlığının qorunması məsələsi onların da nəzarətindədir və mütəmadi olaraq bununla bağlı monitoriqnlər keçirilir. Vətəndaşların antisanitar hallarla rastlaşdıqda agentliyin "1003” qaynar xəttinə müraciət edə bilərlər.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol