• $
  • €
  • ₽
  • ₺
  • £

Kişilər həyat yoldaşının işləməyindən niyə qorxur? - VİDEO

Kişilər həyat yoldaşının işləməyindən niyə qorxur? - VİDEO
31.01.2019 15:40
Qadın evdə oturmalı, evini yığışdırmalı, ərinə, uşaqlarına qulluq etməlidir düşüncəsi get-gedə köhnəlir. Artıq onlar həyatlarını dörd divar arasında, məişət qayğıları ilə məhdudlaşdırmaq istəmirlər.

Anews.az xəbər verir ki, ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Hər ailə eyni deyil axı, ailə varki əksinə deyir get iş tap, işlə”.

Sakin: "İş yoxdur, xanımlar ona görə işləmir”.

Sakin: "Bir-iki il ola bilər ki, ailəsinə qulluq etsin. Mən işləyən qadınam hər şeyi də çatdırıram”.

Vəfa Əkbər – psixoloq: "Təəssüf ki, hələ də bəzi kişilər o fikirdədirlər ki, qadın isti ocağının başında, uşaqlarının yanında olmalı, evin bütün işlərini məhz qadın görməlidir. Xanımların özlərinə karyera qurmasına, iqtisadi müstəqillik əldə etməsinə münasibət birmənalı deyil”.

Zemfira Ağayeva - Sahibkar Qadınlar İctimai Birliyinin sədri: "Bilir ki, bunun həyat yoldaşı potensiallı qadındır, işləsə daha seçilmiş qadınlardan biri ola bilər. Bunu bəzən kişilər qısqanclıqla qəbul edir, onun işləməsinə maneçilik törədir”.

Haqlı yaxud da haqlı sayılmayacaq bir çox səbəblər var ki, qadınların ailə təhsil almasına baxmayaraq evdə oturmağa məcbur qoyur. Kimisi qısqanclıq səbəbi ilə bunu edirsə, bir çoxları da cəmiyyətdə işləyən qadına münasibətin bir mənalı olmamasını əsas gətirərək həyat yoldaşını iş həyatından məhrum edir.
Əhməd Mansurov – sosioloq: "Cəmiyyətdə özünü göstərməsi üçün münasib şərait yaradılmır. Həm iş yerlərində, həm karyera mərkəzlərində zorakılıqla üzləşən, karyerasında uğur əldə etməyə çalışan ailə tərəfindən, yaxud da cəmiyyət tərəfindən qarşısı alınan qadınlara dəstək göstərilməməsi ilə bağlıdır”.

Bəzən "ailə qurum bir-iki uşaq dünyaya gətirəndən sonra işləyəcəm” - desələr də bu hal çox zaman gözlənilən sonluğa gətirmir. Çünki, illərlə istifadəsiz qalan diplom, iş təcrübəsi hər növbəti ildə daha da yararsız olur.

Zemfira Ağayeva - Sahibkar Qadınlar İctimai Birliyinin sədri: "4 il, 5 il, bəlkə də 10 il sonra o insan diplomun orda qalmasına heyiflənərək işlə təmin olunmaq, işləmək istəyir. Onda da onun təcrübəsi azalır və öz seçdiyi ixtisasına da kənardan baxası olur”.

Məşhur fraqmentdə deyildiyi kimi "Qadın böyük qüvvədir”. Bəzi kişilər də bu "böyük qüvvə”nin iş həyatı qurarsa daha da böyüyüb, onları üstələyəcəyindən qorxur.

Vəfa Əkbər – psixoloq: "Bir insan həqiqətən özünə güvənirsə, özündən əmindirsə, o insan kimisə idarə altında saxlamaq istəyi olmayacaq. O əksinə dəstək olmağa çalışacaq. Dəstək olan insan da ağıllı insandır, müdrik insandır”.

Sevindiricidir ki, son illər ölkəmizdə qadınların məşğulluğu, rəhbər vəzifələrdə çalışması istiqamətində müsbət dəyişikliklər hiss olunur. Yaxın keçmişdə təəccüblü görünən işgüzar qadın anlayışı da get-gedə adiləşir. Amma ailəsi ilə birgə iş həyatını da davam davam etdirmək fürsəti hər xanıma verilməlidir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol