• $
  • €
  • ₽
  • ₺
  • £

"Azercell"-dən GencOl5 abunəçiləri üçün xüsusi kampaniya

"Azercell"-dən GencOl5 abunəçiləri üçün xüsusi kampaniya
01.02.2019 12:25
"Azercell Telekom” MMC abunəçiləri üçün sərfəli kampaniyalar təqdim etməyə davam edir. Şirkət bu dəfə GəncOL5 tarif paketinin istifadəçilərini sevindirir. Belə ki, 1 Fevral-15 Fevral 2019-cu il tarixləri ərzində yalnız  GəncOL5 abunəçiləri üçün Azercell  "GəncOL8 Endirim” adlı xüsusi kampaniya keçirir.
 
Göstərilən müddət ərzində GəncOL5 istifadəçiləri cəmi 6 AZN ödəməklə GəncOL8 tarif paketinə qoşula biləcəklər. Kampaniyadan yararlanmaq üçün GəncOL5 tarifinin abunəçiləri G8 yazıb 7575 qısa nömrəsinə  SMS göndərə və ya mobil telefonlarının ekranında *750*4*2#YES USSD kodunu yığa bilərlər. Kampaniya çərçivəsində GəncOL8 paketinə qoşulan abunəçilər endirimli qiymətdən 90 gün ərzində ümumilikdə 3 dəfə istifadə edə biləcəklər.  Beləliklə, ayda cəmi 6 AZN ödəyib GəncOL8 tarif paketinə qoşulmaqla istifadəçilər 4GB internet, GəncOL abunəçiləri arasında danışıqlar üçün 400 pulsuz dəqiqə və şəbəkədaxili 400 pulsuz sms əldə edəcək.

Qeyd edək ki, GəncOL istifadəçiləri sərfəli tarifdən yararlanmaqla yanaşı, müxtəlif endirimlər və kampaniyalardan da faydalana bilər. Hal-hazırda, GəncOL paketi ilə abunəçilər 150-dən artıq məkanda çox sərfəli endirimlərdən yararlanırlar. Hər gün yenilənən endirim siyahısı ilə abunəçilər www.gencol.az portalına daxil olmaqla tanış ola bilərlər. 

səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ə razi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxunub
Cəmiyyət 16:51
"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxunub
İstehlakçılara qaytarılan vəsait 315 min manata çatıb
Cəmiyyət 16:45
İstehlakçılara qaytarılan vəsait 315 min manata çatıb
Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb
Cəmiyyət 16:23
Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol