• $
  • €
  • ₽
  • ₺
  • £

"Belimdə aparıram" - Əlillər ictimai nəqliyyatdan faydalana bilirmi? – VİDEO

"Belimdə aparıram" - Əlillər ictimai nəqliyyatdan faydalana bilirmi? – VİDEO
04.02.2019 21:30
Əlillərin cəmiyyətə inteqrasiyasını təmin etmək üçün müxtəlif işlər görülsə də, müəyyən irəliləyişlər olsa da, hələ ki, alınan nəticə tam da ürəkaçan deyil.

ARB TV-nin "Günə Doğru" proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

Oruc Salmanov – Əlilliyi olan vətəndaş: "Anamdan asılı olmaq istəmirəm".

Oruc Salamov kimi minlərlə insan bu problemdən əziyyət çəkir. Paytaxın bəzi avtobuslarında əlil arabaları üçün xüsusi yer ayrılsa da, bu bölgələrdə yox dərəcəsindədir. Bu isə əlil arabasında olan şəxslər üçün ikiqat çətinlik yaradır.

Reyhan Salmanova – Əlilin anası: "Ayda iki dəfə oğlumu xəstəxanaya aparıram. Avtobusla aparmağa gücüm çatmır, məcburən taksi ilə aparıram. Belimdə aparıram. Taksi ilə də hər dəfə 10-15 manat pulum çıxır. Şərait olsa, taksiyə verdiyimi özünə xərcləyərəm".

Əlillərin ictimai nəqliyyatdan rahat istifadəsi üçün xüsusi panduslar olan avtobusların olması şərtdir. Yanlız bu cür avtobuslarda onların minməsi və düşməsi asanlaşır. Bu cür nəqliyyat vasitələrinin marşrut xəttlərinə buraxılması isə daşıyıcı şirkətlərin üzərinə düşür.

Ərşad Hüseynov – Ekspert: "Belə avtobuslarda Fiziki imkanları məhdud olan şəxslərin avtobuslara minməsi üçün sadəcə pandus yox, xüsusi qaldırıcı qurğu olur. Təəssüf olsun ki, o qurğu hər avtobusa qoyulmur. Müasir avtobuslar istehsal edənlər xüsusi sifarişlə qoydururlar".

Ancaq bölgələrdə olan avtobusların bir çoxunun texniki imkanları nə onlara pandusların əlavə olunmasına, nə də qeyd olunan qurğuların qoşulmasına uyğun deyil.

Ərşad Hüseynov – Ekspert: "Yaxşı olar ki, əlillərin hüquqlarının müdafiəsi ilə bağlı, onların cəmiyyətdəki sosila nemətlərdən bərabər istifasinin təmin edilməsi ilə bağlı bu cür avtobuslar əldə edilsin".

Ekspertlərin fikrincə onların cəmiyyətimizə inteqrasiya etməsi üçün evdən kənara rahat şəkildə çıxa bilməsi vacibdir. Bu isə nəqliyyat vasitələrinin onların həyat tərzinə uyğunlaşması ilə başlayır.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol