• $
  • €
  • ₽
  • ₺
  • £

Hüseyn Dəryanın oğlundan ürək dağlayan sözlər: “Əlacım olsa, atamı yanıma gətirərdim” – Video

Hüseyn Dəryanın oğlundan ürək dağlayan sözlər: “Əlacım olsa, atamı yanıma gətirərdim” – Video
05.02.2019 20:24
"Gəlişi kimi, gedişi də əfsanə oldu”
Bizimyol.info xəbər verir ki, ARB TV-nin "Bu qədər” proqramın da bu dəfə mərhum reper Hüseyn Dəryanın həyatından danışılıb.
Reperin dostları, həyat yoldaşı və oğlu onunla bağlı xatirələrini bölüşüb:
Sona İbadova – Həyat yoldaşı: "2001-ci ildə konsertinə getdim. Bu konsetrdə demişdi ki, ən fəal fanatlarım yeni klipimdə yer alacaqlar. Mən çox istəyirdim o klipə çəkiləm, çünki, mən onun fanatı idim. Onunla şan-şöhrətinə görə ailə qurmamışam. Biz evlənəndə o sıfırda idi. 2005-ci ildə ailə qurduq, kirayədə yaşayırdıq. Evlənəndə mənə dedi ki, sən balacasan, mən işləmirəm, bizə çətin olacaq. Dedim, eybi yox, ikimiz də işləyərik. Cahangirin 1 yaşı olanda restorana getdik, Hüseyn ad günündən çıxdı, biz getdik anamgilə. O da "mən birazdan gələcəm” deyib, bizdən ayrıldı. Səhər mənə zəng gəldi ki, Hüseyn Dərya həbs olunub. Onu görəməyə icazə vermirdilər. Mənim çoxsaylı xahişlərimdən sonra 1, 2 dəqiqəlik icazə ala bildim. Gözüm qapıda idi, qapıdan keçəndə gördüm əli qandallı gətirirlər. Çox pis oldum, ağlamağa başladım. Qandalını açdılar, biz görüşdük. Gəlişi kimi, gedişi də əfsanə oldu. Şou-biznesdə onun kimi partlayış edən, sevilən müğənni olmadı, hələ də yoxdur”.
Cahangir Dərya – Oğlu: "Anamdansa atamla bağlı xatirələrim çoxdur. Yaxşı ata kimi yadımda qalıb. Mənə pişik deyirdi. İndidən məni sevən kütlə var, gələcəkdə də çoxalacaq. Məni ən çox atama görə sevirlər. Adi insanın oğlu olsaydım məni heç kim tanımazdı. Atam çox yatırdı. İndi yanımda olsa ona deyərdim ki, çox yatma, mənimlə vaxt keçir. Onunçün darıxdığımı ona deyərdim. Əlacım olsa atamı yanıma gətirərdim”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol