• $
  • €
  • ₽
  • ₺
  • £

Maşın alverçilərinin “probeq” fırıldağı - VİDEO

Maşın alverçilərinin “probeq” fırıldağı - VİDEO
11.02.2019 21:00
Avtomobillərin yürüşünün geri çəkilməsini necə müəyyən etmək olar?
 

Anews.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı süjet hazırlanıb.

Hazırda 2000-ci ildən əvvəl istehsal olunan avtomobillərin satışında artım müşahidə olunur. Bəzi vətəndaşlar yaranmış əlverişli şəraitdən istifadə edərək uzun müddət istismar etdiyi avtomobilini baha qiymətə satmaq üçün müxtəlif üsullardan istifadə edir. Sözü gedən metodlardan ən çox yayılanı yürüşə müdaxilə edərək göstəricisini azaltmaqdır.

Sürücü: "Yürüşü arxaya çəkilibsə, bu, onun görkəmindən bəlli olur”.

Sürücü: "Bu maşınımdan əvvəl bir maşın aldım, ustaya aparıb yürüşünü yoxlatdım. 200 min idi alanda, 400 min yürüşü olduğunu göstərdi. Aparıb qaytardım”.

Satıcılar ustaların köməyi ilə avtomobilin odometrinə müdaxilə edərək istismar müddətində qət etdiyi məsafəni dəfələrlə azaldır. Bununla onlar alıcını avtomobilin az istifadə olunduğuna səliqəli saxlanıldığına inandırmağa çalışırlar. Çünki yürüşün böyük olması avtomobilin çox istifadə edildiyinə və gələcəkdə texniki problemlərin ortaya çıxacağına işarə hesab olunur.

Usta: "Son zamanlar belə tendensiya müşahidə edilir ki, istənilən adam maşın alır, müəyyən bir müddət sürdükdən sonra maşını satır. Bu zaman da daha yüksək məbləğə satmaq üçün avtomobilin yürüşünü geri çəkirlər”.
Avtomobillərin yürüşünün geri çəkilməsi proseduru bahalı deyil və 30-80 manat arasında dəyişir. Lakin proses tam həyata keçirilmədiyi üçün onu müəyyən etmək mümkün olur. Yürüşə müdaxilənin hansı avtomobillərdə mümkün olmasına gəlincə isə, 2002-ci ildən sonra istehsal olunan avtomobillərin yürüş göstəricisinə müdaxilə etmək çox çətindir. Çünki bu avtomobillərin odometri ilə yanaşı digər detallarında da yürüş göstəriciləri yaddaşa yazılır. Digərlərində isə göstərici yalnız odometrdə saxlanıldğı üçün onu silmək mümkün olur.

Hazırda satış bazarında daha çox Almaniya istehsalı olan avtomobillərin yürüşünə müdaxilə edilir. Sözügedən nəqliyyat vasitələrinin əksəriyyəti 20 ildən çox istifadə edildiyi üçün yürüş göstəricisinin azaldılmasına ehtiyac yaranır.

Usta: "Bütün elektron bloklarda qeydə alınmış yürüşü geri çəkilərsə, onu heç bir avadanlıqda təyin etmək mümkün deyil. Lakin avtomobilə xüsusi baxış keçirməklə bunu təyin etmək mümkündür”.

Salona diqqət etməklə də istismar müddətini qismən müəyyən etmək olar. Sükan, qoltuqlar və ən əsası oturacaqlar avtomobilin istifadə müddətini göstərən ən önəmli vasitələrdir.

Avropada bəzi ölkələrdə yürüşə müdaxiləyə görə vətəndaş cinayət məsuliyyətinə cəlb oluna bilər. Ölkəmizdəki mövcud qanunvericilikdə isə belə faktlar üçün xüsusi müddialar nəzərdə tutulmayıb. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol