• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılarla çeçenlərin davasında erməni izi - VİDEO

Azərbaycanlılarla çeçenlərin davasında erməni izi -  VİDEO
17.02.2019 22:38
Ermənilər sosial şəbəkələrdə azərbaycanlılar və çeçenlər arasında Moskvada baş verən insidenti gərginləşdirməyə səsləyiblər. Ermənilər bir-birilərini qarşıdurmanın hər iki tərəfi adından təhqiredici şərhlər yazmağa çağırıblar. Çox aydın və dəqiq addımlar atmalıyıq. Biz bu vəziyyətdən maksimum faydalanmalıyıq-deyə ermənilər sosail şəbəkələrdə paylaşımlar ediblər. Bu arada Azərbaycanın Moskvadakı səfirliyi də baş verən insidenti diqqətdə saxlayır.

Ermənilər yenə də nifaq toxumu səpməkdə davam edirlər. Belə ki, Moskvada azərbaycanlı və çeçenlər arasında baş verən qarşıdurmadan sonra ermənilərin sosial şəbəkələrdə fəallaşması müşahidə edilir.

Belə ki, onlar saxta profillərlə təhqirlər yazaraq azərbaycanlılar və çeçenlər arasındakı insident daha da genişləndirmək üçün dəridən qabıqdan çıxırlar. Maraqlı məqam isə ondan ibarətdir ki, bunları təşviq edən şəxslərdən biri Ermənistan parlamentinin hazırki deputatı Abram Abovyandır.

Belə ki, Ermənistan parlamentinin üzvü, Çiçəklənən Ermənistan fraksiyasının millət vəkili Abram Abovyan öz facebook səhifəsində paylaşım edərək Azərbaycanlılarla-Çeçenlər arasında olan insidentin ermənilər üçün bir fürsət olduğu bildirilir.

Onu da qeyd edək ki, Moskvadakı insident Azərbaycanın Rusiyadakı səfirliyinin də diqqət mərkəzindədir. Belə ki, səfir Polad Bülbüloğlu Moskva şəhər baş polis idarəsinin rəisi ilə görüşüb..

Səfir Polad Bülbüloğlu Azərbaycan və çeçen xalqlarını birləşdirən dostluq və mehriban qonşuluq münasibətləri, çoxmillətli Moskva məkanında belə insidentlərin yolverilməzliyi, onların böyüyərək idarə oluna bilməyən həddə çatmasının qarşısının alınması üçün təxirəsalınmaz addımlar tələb olunduğu barədə Baş İdarə rəisini məlumatlandırıb.

Moskva polisinin rəisi General-leytenant Oleq Baranov isə bildirib ki, hər iki insidentə dair operativ iş aparılır, o cümlədən Moskvada "Neolit" kafesinə hücum faktı üzrə ittihamlar irəli sürüləcək, habelə taksi sürücüsünün qətli ilə əlaqədar intensiv araşdırma aparılır, cinayətkarların şəxsiyyəti müəyyən ediləcək.(xezerxeber)
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol