• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dəhşət: atası yanan körpənin müalicəsinə razı deyil? - VİDEO

Azərbaycanda dəhşət: atası yanan körpənin müalicəsinə razı deyil? - VİDEO
21.02.2019 12:45
"Əgər ata etibarnamə versə, uşağın həyatını xilas etmək olacaq"

4 gündür ki, yanaraq, ağır bədən xəsarətləri alan körpə bu gün Bakıdan Türkiyəyə aparıla bilər.

Anews.az xəbər verir ki, bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. O, deyib ki, atasının icazəsi olmadan balaca qızı İstanbul şəhərinə aparmaq mümkin deyil:

"Hadisə 4 gün öncə Azərbaycanın rayonlarının birində baş verib. Uşaq başından, anası isə qolundan yanaraq ağır dərəcəli xəsarət alıblar. Burdan aydın olur ki, uşaq yanarkən ana onu söndürmək istəyib. Bu üzdən də ana da yanıb. Uşağı təcili olaraq Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdiriblər. Amma həkimlər onun xaricdə müalicə olunmasını məsləhət görüblər. Uşağı Türkiyənin İstanbul şəhərinə aparmaq üçün atası izacə verməlidir. Amma ata bu günə kimi etibarnamə vermir. Uşağın nənəsi məsələyə müdaxilə edib. O, bildirib ki, "bizlik deyil, hara və necə istəyirlərsə, aparsınlar. Biz ona etibarnamə verməyəcəyik".

Kəmalə Ağazadə qeyd edib ki, hüquq-mühafizə orqanlarının köməyi nəticəsində uşağın atası tapılıb: "Aidiyyatı orqanlar işə qarışıb. Bu gün atanın Bakıya gəlməsi gözlənilir. Əgər ata etibarnamə versə, uşağın həyatını xilas etmək olacaq".

Sədr uşağın müalicəsi üçün Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun xüsusi dəstəyi olduğunu vurğulayıb.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol