• $
  • €
  • ₽
  • ₺
  • £

Tək şəxsiyyət vəsiqsiylə kredit elanı realdırmı? - VİDEO

Tək şəxsiyyət vəsiqsiylə kredit elanı realdırmı? - VİDEO
21.02.2019 20:30
Bu kimi reklamlara mütəmadi olaraq rast gəlirik. Kredit götürən şəxs üçün isə sözsüz ki, ən əhəmiyyətli məsələ kreditin faiz dərəcəsi, məbləği və müddəti olmalıdır. Lakin bu heç də həmişə belə olmur.

ARB TV-nin "Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sorğu – Müştəri: "Televizoru şəxsiyyət vəsiqəsi ilə götürmüşəm, bu kredit bitəndən sonra da soyuducu götürəcəm”.

Şirkətlər rəqabət fonunda daha çox müştəri cəlb etmək üçün yalnız şəxsiyyət vəsiqəsi ilə kreditə məişət əşyası satdığını elan edir. Təbii ki, müştəri də ümumi məbləği ödəmək üçün kifayət qədər pulu olmadığından əksər vaxt faiz dərəcəsini belə hesablamadan zəruri olan əşyanı almağa çalışır. Lakin mağazaya yaxınlaşdıqda fərqli mənzərə ilə qarşılaşır. Çünki bu zaman başqa sənədlərin də tələb olunduğunu görür.

Sorğu – Müştəri: "Tək şəxsiyyət ilə deyirlər, gedirsən sonra da deyirlər ki, get filan şey gətir, filan qədər ilkin ödəniş et”.

Əslində mağaza sahiblərinin də özlərinə görə müəyyən arqumentləri var. Yalnız şəxsiyyət vəsiqəsi tələbi qoyulsa da bu sənəddən başqa heç bir sənəd almayan obyekt sahibləri sonradan çətinliklərlə üzləşirlər. Çünki heç kəsin vəsiqəsində onun iş yeri, gəliri barədə məlumat verilmir.

Mağaza əməkdaşı: "Şirkət tək şəxsiyyət vəsiqəsiylə kredit verirdi. Amma bir müddətdən sonra müştərilər problem yaratdı. Heç kim pulunu vermədi, demək olar ki, şirkət batdı”.

Ancaq müştəri cəlb etməyin bu forması da müsbət hal kimi qarşılanmır. Çünki sonradan başqa sənədlərin də tələb olunmasını hüquqşunaslar istehlakçıların aldadılması hesab edir.

Şaban Məmmədov – Hüquqşünas: "Əgər satıcı elan verirsə ki, tək şəxsiyyət vəsiqəsi ilə hər hansı əşyanı satıram və alıcı yaxınlaşdığı zaman başqa sənədlər tələb edirsə, belə halda alıcının sözügedən alqı-satqıdan imtina etmək haqqı var”.

Digər məqam isə belə sadə yolla kreditə əşya verən şirkətlərin yüksək faiz dərəcəsi qoymasıdır ki, bu da sonradan hər iki tərəf arasında problemlərin yaşanmasına rəvac verir. Ancaq faiz dərəcəsinin müəyyənləşməsi, əmlak şəxsi mülkiyyət olduğundan sahibkarın özündən asılıdır. 

Şaban Məmmədov – Hüquqşünas: "Qanunda konkret qanun yoxdur ki, mütləq filan fazilə kredit verməlisən. Azad ticarətdir və hər bir alıcı istədiyi faizi qoya bilər”. 

Kreditlə hər hansı bir əşyanın verilməsi sakinlər üçün əlçatandır. Ancaq qoyulan tələblər və faizlər müştərilərin xeyrinə olmadıqda, sonradan hər iki tərəfin də problem yaşamasına gətirib çıxarır. Nəticədə iş məhkəmə qərarları ilə yekunlaşır ki, bu da heç bir tərəf üçün məqbul sayılmır. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol