• $
  • €
  • ₽
  • ₺
  • £

"Bununla mən nə qazanıram?" - Estetik əməliyyata maraq niyə artıb? – VİDEO

"Bununla mən nə qazanıram?" - Estetik əməliyyata maraq niyə artıb? – VİDEO
22.02.2019 22:00
Bir vaxtlar gözəllik ondur, doqquzu dondur deyərdilər, indi isə gözəllik qurban tələb edir deyirlər. Elə bu səbəbdəndir ki, plastik əməliyyatlara maraq göstərənlərin sayı durmadan artır. 

ARB TV-nin "Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sorğu – Sakin: "Ehtiyac yoxdur, pulun olarsa edərsən. Estetik əməliyyatdan ötrü kreditə girmək doğru deyil. Xanımlar edir, elə kişilər var kişilər də eliyir, kişilərə heç yaraşdırmıram”.

Sorğu – Sakin: "Məncə insan öz təbii gözəlliyində qalmalıdır. Heç də ehtiyac yoxdur. Hətta öz imkanı belə olsa plastik əməliyyata ehtiyac yoxdur”.

Könül Ağamirova - Plastik və estetik: "Öz güvən duyğusu insanların həyatında sosial və iş həyatında çox önəmlidir. Və plastik əməliyyat olunandan sonra insanda bu duyğu daha da artır. Mən bununla bağlayıram ki, bu səbəbdən son illər plastik əməliyyata müraciət edənlərin sayı artıb”.

Aygün Cəfərova –Psixoloq: "Özgüvənsizliyi olan, özünü qəbul etməyən, özünü sevməyən insanlar daha çox bu yollara əl atırlar. Bunun kökündə bir növ natamamlıq kompleksi durur ki, bu kimi yollara əl ataraq natamamlıqlarını tamamlamağa çalırşırlar”.

Hətta iş o həddə çatdı ki, maddi imkanı olmayanlar bu işi kredit üsulu ilə həll etməyi belə gözə alırlar.

Aygün Cəfərova – Psixoloq: "İnsanlarda bu kompleks o qədər dərinləşir ki, o qədər öz şəxsiyyətlərini qəbul edə bilmirlər ki, kreditə yaxud da digər yollara əl atırlar ki, bu həzzi ala bilsinlər. Nəyisə satım gedim estetik əməliyyatımı edim, kredit olmasa da kimdənsə borc alım. Yaxud da aylarla işləyim maaşımı yığım gedim filan əməliyyatı edim”.

Könül Ağamirova - Plastik və estetik: "Plastik əməliyyatlara kreditlə yanaşma bizdə yeni bir yanaşma olsa da, qonşu ölkələrdə kreditlə plastik əməliyyatlar etmə var. Ola bilər ki, onların maddi imkanları yetmir əməliyyatlara, əsas bizim pasientlərimizin məmnunluğudur”.

Dünyanın bir çox ölkələrində kreditlə estetik əməliyyat edən klinikaların olması ilə yanaşı, pasientlərə estetik əməliyyata özəl kredit kartları da təklif edən klinikalar da fəaliyyət göstərir.

Aygün Cəfərova –Psixoloq: "Seçim edən zaman düşünsünlər, bu seçim zamanı mən nəyi itirirəm, yaxud da nəyi qazanıram və nə üçün mənə lazımdır. Bu sualları özlərinə verərək insanlar bir növ etdikləri seçimləri dərk edə bilərlər. Bəlkə bu növ qarşısını almaq olar”.

Bəzən elə hallar da olur ki, qadınlar ya genetik, ya da keçirilmiş hamiləliklərdən və ya hansısa xətəlikdən sonra üzdə və bədəndə olan estetik deformasiyaları aradan qaldırmaq üçün plastik əməliyyata müraciət etməli olurlar. Bu kimi halları normal qəbul etmək olar, vay o günə ki, özünə məxsus orqanları bəyənməyib cərrah ümidinə dəyişələr.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol