• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkədə inanılmaz fırıldaq: 12 min manata yaxın pulunu aldılar – Video

Sosial şəbəkədə inanılmaz fırıldaq: 12 min manata yaxın pulunu aldılar – Video
24.02.2019 14:30
Sosial şəbəkədə tanış olduğu insan onu aldadaraq 12 min manata yaxın pulunu alıb.
Qusar sakini Rahib Babayev 2015-ci ildə 30 minə yaxın izləyicisi olan "Facebook” səhifəsini 2200 manata satıb. Pulu almaq üçün də plastik bank kartına ehtiyac olub. Rahib bunun üçün sosial şəbəkədə elan paylaşıb və dostlarından kömək istəyib. Dostluğunda olan şəxslərdən biri, Naxçıvanda qeydiyyatda olan Rövşən Kazımov da ona kömək edəcəyini bildirib. Pul karta köçsə də, həmin şəxs onu verməyib.
Bir müddət sonra isə Rövşən Rahibə zəng edərək deyib ki, balansında 14 min manatdan artıq pul var. Bunu almaq üçünsə, 1500 manat ödəniş etməlisən. Rahib deyilən məbləği ödəyib. Bu proses bir neçə dəfə davam edib.
Daha sonra isə bir nəfər Rahibə zəng edərək özünü bankın rəhbəri kimi təqdim edib və hesabında 92 min manat pulunun olduğunu bildirib. Bunun üçün də yenə ödəniş tələb edilib.
Rahib Babayev 45 dəfəyə ümumilikdə 12 min manata yaxın pul ödəyib. Son vaxtlar isə həmin şəxs "WhatsApp” vasitəsilə müxtəlif ölkələrə məxsus nömrələrdən zəng etməyə başlayıb. Məsələ ilə bağlı polisə də müraciət edilib, araşdırma aparılır. (bizimyol)





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol