• $
  • €
  • ₽
  • ₺
  • £

"Güllə qucağımda balama dəydi, son dəfə "ay ana" dedi" - VİDEO

"Güllə qucağımda balama dəydi, son dəfə "ay ana" dedi" - VİDEO
26.02.2019 13:19
27 il əvvəl bu gün. 1992-ci ilin bu günü Xocalıya zülmət qaranlıq çökür. O qaranlıq ki göy üzündə uçuşan güllələrin işığından başqa heç nə görünmür.

Hadisə şahidlərinin sözlərinə görə, o gün göydən sanki qar deyil, qan yağırdı. Fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərini bir yerə toplanmağa vadar edən o dəhşətli hadisə. İllərin sağalda bilmədiyi yaralar.

Dəstə-dəstə toplaşan Xocalı sakinləri ailəsini, uşağını, yoldaşını götürüb meşəyə doğru qaçanda heç ağıllarına da gəlməzdi ki, ölümdən qaçmaq üçün tutduqları yol onları məhz güllə qarşısına aparacaq.

Meşədə yollarını itirən sakinlər erməni əsgərləri tərəfindən atəşə tutulur. Yüzlərlə insan kütləvi şəkildə amansızcasına başı, əl-ayağı kəsilərək, gözü çıxarılaraq, güllələnərək qətlə yetirilir.

O gecənin şahidləri deyir ki, erməni əsgərləri azyaşlıı uşaqların qollarını kəsib bir-birinə tikirdilər. İnsanların başlarını kəsib yaxınlarının qarşısında futbol oynayırdılar. Əsir götürdükləri insanlara isə dəhşətli işgəncələr verirdilər.

Əsirlikdə qalan Xocalı sakinləri deyir ki, insanların bədənində siqaret söndürürdülər. Qadınların, kişilərin ağzındakı qızıl dişləri bir-bir dartıb çıxarır, bütün sümükləri sınana qədər döyürdülər. İnsanların soyuqdan donan ayaqlarını tapdayaraq barmaqlarını qoparırdılar.

Bütün bu hadisələri bizlər 26 fevralda xatırlayırıq. O gecənin dəhşətini yaşayanlar üçün ilin 365 günü 26 fevraldır. O gecə baş verənləri bir də Xocalı sakinlərinin öz dilindən eşidin:
oxu.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol