• $
  • €
  • ₽
  • ₺
  • £

"Yuxuda mənə dedi ki, sizə sürpriz etdim" – İtaliyada ölən tələbənin atası – VİDEO

"Yuxuda mənə dedi ki, sizə sürpriz etdim" – İtaliyada ölən tələbənin atası – VİDEO
26.02.2019 16:03
ARB TV-nin "Bu qədər" proqramında bu dəfə İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbə Elnur Bayramovun həyatından danışılıb.

Ailəsi onun haqqında xatirələrini bölüşüblər:

Nigar Babayeva – Anası: "Sakit, mehriban, ağıllı uşaq idi. Sözümdən çıxmazdı. Xaricdə oxumaq istədiyini dedi. İngiltərədə, Amerikada oxumaq istəyirdi, amma İtaliya alındı, ora getdi. Atası da, mən də razı deyildik. Amma çox yalvardı. Əlini ürəyinin üzərinə qoyub dedi ki, ana arzum var getmək istəyirəm. Romada olarkən katamaron sürməyə gedib. Nə bilsin necə yerdir?"

Rafiq Babayev – Atası: "Elnur mənim üçün əvəzolunmaz övlad idi. Boş vaxtını oxumaqla keçirərdi. Mən onun getməyini istəmirdim, hətta aramızda inciklik də oldu. Moskvaya getdi, oradan da mənə müraciət etdi, "ata, icazə ver gedim", ona çox işlər təklif etdim, razı olmadım. Sonda razılaşdım. 2016-cı ildə onu Roma şəhərinə yola saldım. Gərək getməyinə imkan verməzdim. Onu evləndirmək istəyirdik. Qız bəyənib, hərisini aldıq. Gözləyirdik ki, qayıtsın toyun edək. İki saatlıq katamaron kiralayıblar. 50 m dərinlikdə Elvin adlı oğlan Elnuru çimməyə dəvət edib. Dənizi sevmirdi, onun suya girəcəyi ağlıma belə gəlməzdi. Oğluma deyərdim ki, kaş belə olmazdı, bu gün yanımızda olaydın. Hər gecə yatanda Allaha yalvarıram ki, yuxuma gəlsin. İki dəfə yuxuda görmüşəm. Deyir, ata, mən gəlməyimi sizə sürpriz elədim, istəmədim sizə əziyyət verəm".

Elnarə Babayeva – Bacısı: "Böyük bacı olduğum üçün ən çox məni istəyirdi. Özünü düşünən idi, amma bizi özündən çox düşünürdü. İtaliyada təhsil haqqını qazananda çox sevinirdi. Orada magistratura oxumaq arzusu idi. Sonuncu dəfə İtaliyaya gedəndə gəldi mənimlə görüşdü. Dedi, gedirəm, inşallah gələcəm".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol