• $
  • €
  • ₽
  • ₺
  • £

Bu sinifdə dərslər axşam başlayır - VİDEO

Bu sinifdə dərslər axşam başlayır - VİDEO
28.02.2019 09:29
"Təhsil almağın yaşı yoxdur" deyiblər. İnsan hər yaşda parta arxasında oturub nəsə öyrənə bilər.

Anews.az xəbər verir ki, Xəzər TV-nin növbəti süjeti də bu mövzudadır. Kanalın əməkdaşı Azər Teymurlu Bakıdakı axşam növbəsində dərs keçirilən məktəblərin birində olub.

Burada 25-30 yaşlı insanlar vaxtilə yarımçıq qoyduqları orta təhsillərini tamamlamaq üçün yenidən dərslərdə iştirak edirlər.

Axşam saat 7-nin yarısıdır. Bu şagirdlər evlərinə gedirlər..

Amma düşünməyin ki, məktəb bağlanır. Sinifdəki bu şagirdlər üçün isə dərslər məhz axşam başlayır.

Görüntülər Bakıda axşam dərslərinin keçirildiyi azsaylı məktəblərdən biri olan 193 saylı orta məktəbdəndir.

Müəyyən səbəblərdən 9-cu sinifdən təhsilini dayandıran şagirdlər sonradan attestat almaq üçün məktəblərə müraciət edərək axşam dərslərinə qatılırlar. Axşam dərslərində iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur. 9 nəfərin olması kifayətdir ki, yeni qrup açılsın.

Məktəbin direktoru Rahim Hüseynov deyir ki, axşam dərsləri zamanı 10 və 11-ci siniflərə keçirilən dərslər gündüz növbəsində olduğu kimi 2 ilə yox, 3 ilə öyrədilir. Bədən tərbiyəsi və əmək təlimindən başqa, yuxarı siniflərdə tədris edilən bütün fənlər axşam dərslərinin proqramına salınıb.

Qeyd edək ki, Bakıda ümumilikdə 4 belə məktəbdə 422 şagird təhsil alır.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol