• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid anası: Prezident tapşırdı, bir həftəyə məsələni həll etdilər - VİDEO

Şəhid anası: Prezident tapşırdı, bir həftəyə məsələni həll etdilər - VİDEO
13.03.2019 17:58
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələr həyata keçirilib.

Baku TV-nin əməkdaşları bu vərəsələrdən birini - 1992-ci ilin yanvarında könüllü olaraq Qarabağ döyüşlərində iştirak edən, minaya düşərək şəhid olan Elmar Mirzəyevin ailəsini tapıb.

Şəhidin anası Natella xanım prezident İlham Əliyevin görüşdüyü şəhid analarından biridir. O, ölkə başçısının tapşırığından sonra notariusa getdiyini, bir həftə içərisində birdəfəlik ödəməni aldığını deyib:

"Prezidentimizdən də razıyam, birinci xanımdan da. Oğlumun adı məktəbə verilmişdi, amma hələ divardan asılmamışdı. Ölkə rəhbərliyinə məktub yazdım, bir həftə sonra oğlumun memorialı məktəbə asıldı. Prezident də, Mehriban xanım da, sanki ananın ürəyini duydular. 

Birdəfəlik ödəmələrlə bağlı tapşırıqdan sonra isə getdim notariusa, bir həftənin içində həll etdilər. Harasa göndərmədilər. Dedilər ki, nənə, sənə zəng gələcək ki, gedib pulunu götürərsən”. 

Natella xanım oğlunun necə şəhid olmasından da danışıb: 

"Balam üç dəfə yaralandı. Birinci dəfə dabanından yaralanmışdı, evə gəldi. Axsadığını gördüm, dedi ki, ayaqqabı ayağımı sürtüb. 

İkinci dəfə Laçında yaralandı. Amma xəstəxanada müalicə almaqdan imtina etdi. Dedi ki, orada ehtiyacı olanlar yatır, sən tibb bacısısan, mənə baxarsan. 

Üçüncü dəfə Gülablıda kürəyindən yaralanmışdı. Dedim, heç olmazsa, bu dəfə axıra kimi müalicə al. Eşitdi ki, Şuşanı alıblar, dayanmadı, getdi. Döyüşdü, özünü və o mənfur düşmənləri partlatdı”.

Qeyd edək ki, Elmar Mirzəyev 1970-ci il 29 iyulda Xəzər rayonunun Albalı qəsəbəsində dünyaya gəlib. 1986-cı ildə Türkan qəsəbəsində yerləşən 1 saylı internat məktəbini bitirib.

1992-ci ilin yanvarında könüllü olaraq Qarabağ döyüşlərində iştirak edən Elmar Mirzəyev döyüşə Şuşanın Nəbilər kəndindən başlayıb. 

Kəşfiyyat batalyonunda iştirak edən Elmar Mirzəyev həmin ilin noyabrında Gülablı kəndində minaya düşərək şəhid olub. Oxuduğu internat məktəbinə isə onun adı verilib.

Şəhidin anası Natella xanım deyir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, hər zaman dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol