• $
  • €
  • ₽
  • ₺
  • £

“Mən onun çiynində qəbrə getmək istəyirdim” – Qripdən dünyasını dəyişən dünya çempionunun atası

“Mən onun çiynində qəbrə getmək istəyirdim” – Qripdən dünyasını dəyişən dünya çempionunun atası
18.03.2019 17:18
ARB TV-nin "Bu qədər” proqramında bu dəfə dünya və Avropa çempionu Xamis Məmmədovun həyatından danışılıb.

Valideynləri və həyat yoldaşı onun haqqında xatirələrini bölüşüblər:

Gülxar Məmmədova – Anası: "Ana bətnində olarkən çox narahat olurdum. Təpik, yumruq vururdu. Əvvəlki uşaqlar belə deyildi, məni belə narahat etmirdi. Dedilər, səhər canını tapşırıb. Gecə yuxuda özüm onun yasinini oxumuşam. Onunla son dəfə görüşə bilmədim”.

Rüstəm Məmmədov – Atası: "Onun uşaqlıq illərini yadıma salanda kədərlənirəm. Mənə gəlib, "karateyə getməyə icazə ver” dedi. Əvvəlcə razı olmadım, bir neçə dəfədən sonra razılıq verdim. İdman zalı tikdirirdi, başa çatdıra bilmədi. Arzuları yarımçıq qaldı. Məni aldatdı. Qızım da, oğlum Vəkil də məni aldatdı. Deyib ki, anama, atama deməyin, xəstədilər bilməsinlər. Oğlunun kiçik toyuna hazırlaşırdı, qismət olmadı. Mən onun çiynində qəbrə getmək istəyirdim”.

Rəşadə Məmmədova – Həyat yoldaşı: "Övladlarının ikisinin də davamçısı olmasını istəyirdi, amma qıza baxanda deyirdi ki, bunda öz uşaqlığımı hiss edirəm. Soruşsalar ki, dünyanın ən yaxşı atası kimdir? Mən öz atamdan da əvvəl Xamisi deyərdim. Övladlarını sevindirmək üçün hər yola əl atardı. Onda gördüyüm atalıq tamam başqa idi. Hamımız evdə xəstələnmişdik. Onun qızdırması var idi, xəstəxanaya qalmaq üçün yox, qızdırmasını salmaq üçün iynə vurulsun deyə getdi. Getdi, 1saat sonra zəng vurub dedi ki, həkim deyir, qalmalısan xəstəxanada. Qardaşı bilirdi, nə qədər məcbur etdilər çıxmadı xəstəxanadan.  Xamis özü getdi girdi xəstəxanaya, amma oradan ölüsü çıxdı. Məni xəstəxanaya qoymadı, dedi, uşaqlar xəstədi onlara bax, gəlmə. Axırıncı dəfə xəstəxanadan mənə şəkil göndərdi və zəng vurdu. Vurduğu axırıncı zəng idi. Danışdıq, axırıncı sözü "yuxum gəlir, yatıram” oldu. Qızım hələ də onun yolunu gözləyir. "Ana, Atam sağalmadı? Gəlsin də xəstəxanadan” deyir. Qız elə deyəndə oğlan ağlayır, çünki başa düşür. Qızım isə hələ də atasının yolunu gözləyir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol