• $
  • €
  • ₽
  • ₺
  • £

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş?!” - Brilliant Dadaşova+ Video

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş?!” - Brilliant Dadaşova+ Video
25.03.2019 09:31
Xalq artisti Flora Kərimova ilə Nəsiminin "Sığmazam” qəzəlinə mahnı oxuyan və tənqidlərə məruz qalan müğənni Afət Fərmanqızı arasında yaşanan qalmaqala Brilliant Dadaşova da qoşulub. "Qafqazinfo” xəbər verir ki, xalq artisti Kərimovanın Fərmanqızı tərəfindən təhqir olunmasına səssiz qalmayıb.
O, bildirib ki, 50 ildən çox sənəti olan Flora Kərimovanın təhqir olunması mentalitetimizə, milli-mənəvi dəyərlərimizə zidddir: "Bəzən fikirləşirəm ki, bizim ayıblarımızı diktatura rejimi örtürmüş?! Biz indi müstəqil, azad respublikayıq. Bu o deməkdir ki, biz böyük-kiçiyə hörməti itirməliyik?!”.
B. Dadaşova ziyalıları bu məsələdə susmamağa çağırıb: "Buna son qoymaq lazımdır. Səhvimizi tapıb düzəltməliyik”.

Xatırladaq ki, F. Kərimova verilişlərdən birində Afətə ifasına görə ağır sözlər demişdi: "Vətəni ürəklə sevib, ağılla qorumaq lazımdır. O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. İnsanları çaşdırdı. Qulaq asdığım, hörmət etdiyim sənətçiləri özlərinə əl çaldırdı. Millət, əvvəlcə tənqid, sonra təhqir etdi. Əcəb etdi. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan”.
Sözügedən açıqlamadan sonra A. Fərmanqızı instaqramda Kərimovanın "Qaynana 2” filminin çəkilişi zamanı vannada çəkilən şəklini paylaşaraq tənqidə belə cavab vermişdi: "Bu xanım yaxın günlərdə Faiq Ağayevə sənəti yoxdur dedikdən sonra məni tənqid etməyə başlayıb. Faiq bəy onunla duet oxuyan vaxtı artıq sənətkar idi. Əziz və hörmətli müğənnimiz, bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısacası, günah sizdədi. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım. Mənim belə şəklim olsa, vannamı başıma aşırtmışdınız”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol