• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdə partlayış - VİDEO

Xəzərdə partlayış - VİDEO
29.03.2019 14:04
Xəzər dənizində neft yatağında partlayış baş verib. 

Hadisənin görüntüsünü Oxu.Az-a göndəriblər.

Bundan başqa redaksiyamıza partlayışla əlaqədar sosial şəbəkələrdə yayılan səsyazıları daxil olub. 

Həmin səsyazılarında  Xəzər dənizində neft yatağında partlayışın baş verdiyi , onun işçilərlə birlikdə dənizin dibinə düşdüyü bildirilir.  Qurbanların çoxunun xarici vətəndaşlar olduğu deyilir:

 "Uşaqlar elə indicə Aktaudan göndəriblər. Xəzər dənizində partlayış baş verib. Deyəsən həmin neft qülləsini xaricilər idarə edirdi. Çinli (işçilər) qüllə qarışıq hamısı  suyun dibinə gedib.  Bax elə indi həmin yerdə su qaynaşır. Mühafizəçilər hər tərəfə yayılıb, çəkiliş aparmağa qoymurlar. Bax belə-belə işlər dostlar.”,

"Bu bir ekoloji fəlakətdir. Amerikalılıarın, çinlilərin işlətdiyi neft yatağı içi işçilər qarışıq dənizin dibinə gedib. Sudan neft fışqırır. Sızan neft dənizə axır. Suyun səthinə çıxan neft od tutub yanır, mənə elə gəlir bu əsil fəlakətdir. Neft bütün dənizə yayılacaq”.

İnAktau nəşrinin məlumatına görə, Aktau bölgəsinin fövqəladə hallar xidmətinin rəhbərliyi yayılan informasiyanın həqiqətə uyğun olmadığını və Xəzər dənizində heç bir insidentin qeydə alınmadığını açıqlayıb.

"NCOC” neft şirkəti də yayılan audioyazıların dezinformasiya olduğunu bildirib.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol