• $
  • €
  • ₽
  • ₺
  • £

"5 qardaşıq, çöldə bir-birimizi görməmişik" - 9 dəfə azadlıqdan məhrum olunan məhkum - VİDEO

"5 qardaşıq, çöldə bir-birimizi görməmişik" - 9 dəfə azadlıqdan məhrum olunan məhkum - VİDEO
01.04.2019 14:25
5 qardaşıq, çöldə bir-birimizi görməmişik.

ARB TV-nin "Rezonans" proqramının növbəti buraxılışında ömrünün yarısından çoxunu həbsxanada keçirən Füzuli Əliyevin həyat hekayəsindən danışılıb.

Füzuli Əliyev - Cəzası: 13il (Ümumi 35il): "İlk dəfə 1982-ci ilin aprel ayının 19-da tutuldum. Mənə də 1 il verdilər. Çıxandan sonra iki nəfəri vurdum. Birincini heç nədən vurub öldürdüm, 2 uşağı yetim qaldı. O hərəkətimə görə, özümə nifrət edirəm. Bunu mən etmədim, araq etdi. 12 il iş verdilər mənə. İkinci isə bilərəkdən vurdum, mənə sillə vurmuşdu. Gedib onu tapıb vurdum. O, ölməyib, yaşayır.

Həyat çox gözəldir, yaşamaq lazımdır. Amma burada gecdir artıq, qatar gedib. İnsanın ruhu azad olmalıdır. Harada olursan ol, əziyyət çəkən ruhdur. Atam bütün varlığını bizə verdi, amma nə olsun? 5 qardaşıq, çöldə bir-birimizi görməmişik. Üçüncü dəfə tutulanda anam məhkəmədə dedi ki, bu qardaşlar qazamat adamlarıdır. Sonuncu dəfə çıxdım, saat yarım qalmadım, içkiyə görə yenidən içəri girdim. İçəndə bərk içirəm, özümü bilmirəm. Bu doqquzuncu məhkumluğumdur, yeddisi marixuanaya görə olub. Ümumi 35 ildir. Birinci tutulmadan sonra ailəm dağıldı. Səhv bir dəfə, iki dəfə olar, daha doqquz dəfə olmaz axı".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol