• $
  • €
  • ₽
  • ₺
  • £

"Anamı qucaqlamaq istəyirəm, buna ehtiyacım var" – Mərhum ginekoloqun oğlu – VİDEO

"Anamı qucaqlamaq istəyirəm, buna ehtiyacım var" – Mərhum ginekoloqun oğlu – VİDEO
16.04.2019 14:38
ARB TV-nin "Bu qədər” proqramının növbəti buraxılışında mərhum ginekoloq Səbinə Mirzəyevanın həyatından danışılıb.

Övladları və rəfiqələri onun haqqında xatirələrini bölüşüblər:

Tamerlan Qasımov – Oğlu: "Anam müdrik idi. O anlayırdı ki, uşaqları cəzalandırmaq əvəzinə öyrətmək lazımdır. İstəyirəm anamın məni görmək istədiyi kimi olum. Onun ümidlərini doğruldum. Gələcəyimi anamın istədiyi kimi qurmaq istəyirəm. Hər zaman ona güvənirdim. Ondan məsləhət almaq istəyirəm. Soruşmaq istəyirəm ki, indi nə edim? Necə davranmalıyam? Çalışıram, amma hiss edirəm ki, bu bəs etmir. Sadəcə onu görmək, qucaqlamaq istəyirəm. Buna ehtiyacım var, başqa heçnə istəmirəm”.

Süleyman Qasımov – Oğlu: "Anam bizə acıqlanırdı, amma heç vaxt döymürdü. O başa düşəndə ki, biz etdiyimiz hansısa yanlış hərəkətin fərqinə vardıq, daha bizi cəzalandırmırdı. Bizə güvənirdi. Anam istəyir ki, mən onda da çox naliyyətə sahib olum. Bəzən mən özümü danlayanda ki, axı mən bunu niyə etdim? Mən heç nə bacarmıram. Anam deyirdi ki, sən nə danışırsan?! Sən her şeyə nail olacaqsan. Bir şey etmək istəyəndə onu düşünürəm, onun kimi olmaq istəyirəm. Böyüyəndə anam kimi həkim olmaq istəyirəm”.

Sevinc Çılğın – Rəfiqəsi: "Belə bir söz var, "bizim dost itirən vaxtımız deyil”. Hər ölüm vaxtsızdır, amma Səbinənin yoxluğu həyatın silləsi kimi dəydi. Səbinə etdiyi yaxşılıqlardan zövq alırdı. Bir insanın 80 ildə edə biləcəklərini, o 40 illik ömrünə sığdırdı. Sanki Səbinə bizim ruhumuza imza atmağa gəlmişdi, atdı və getdi”.

Ellada Abdullayeva – Rəfiqəsi: "Bir həkim olaraq başa düşmədik ki, Səbinə nədən öldü. Yarıb, ölüm səbəbini araşdırmaq lazım idi. Amma heç kim qıymadı. Ölüm səbəbini bilmədik, bilmək də istəmirik. Çünki onu həyata gəlmiş bir mələk sanırıq. Bütün bacardıqlarını etdi və bitdi. Onun edə biləcəklərinin 1/100-ni mən edə bilmirəm. Səbinədən sonra sevinə biləcəyim çox şeylər oldu, amma sevinə bilmirəm. O gedəndən sonra atamın məzarında ağlaya bilirəm. Ən çox səsi üçün darıxıram”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol