• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının məşhur prokuroru 64 yaşında vəfat etdi (FOTO)

Bakının məşhur prokuroru 64 yaşında vəfat etdi (FOTO)
28.04.2019 12:13
Uzun müddət prokurorluq sistemində rəhbər vəzifələrdə çalışmış Şirxan Adıgözəlov vəfat edib.

Anews.az  publika.az-a istinadən xəbər verir ki, xeyli vaxtdır şəkərli diabetdən əziyyət çəkən 63 yaşlı Ş.Adıgözəlov səhhəti son günlərdə ağırlaşıb, tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Adıgözəlov Şirxan Yusif oğlu 26 sentyabr 1955-ci ildə Azərbaycanın Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. O, uzun müddət prokurorluq sistemində çalışıb, 2004-cü ildən 2009-cu ilə kimi Bakı şəhəri Yasamal rayon prokuroru vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, cinayət işləri üzrə ibtidai istintaqın aparılmasında, cinayətlərin açılmasında və məhkəmədə dövlət ittihamının müdafiəsində yüksək peşəkarlıq göstərdiyinə, xidməti vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan prokurorluğunun yaranmasının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidendi İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 2009-cu ildən 2014-cü ilə kimi Bakı şəhəri Səbail rayon prokuroru vəzifəsində çalışıb.

Şirxan Adıgözəlov həmdə Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru idi.


Allah rəhmət eləsin!

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol